"AZAL-ın daha çox qazanmaq istəyi narazılığa səbəb olur"

13:19 04-06-2024 | icon 318 | Cəmiyyət
"AZAL-ın daha çox qazanmaq istəyi narazılığa səbəb olur"

Fuad Əliyev: “Gürcüstan və Türkiyəyə uçuşların baha olması ümumiyyətlə anlaşılmazdır"

 

“AZAL bu yay vətəndaşlar üçün qiyməti əlçatan uçuşlar təşkil etməlidir. Ən azı Gürcüstan və Türkiyə kimi qonşu ölkələrə gediş-gəliş çox ucuz olmalıdır".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev deyib.

 

Fuad Əliyevqeyd edib ki, Avropanın bir ölkəsindən digər ölkəsinə həddən ucuz qiymətə uçuşlar var və bu, adiləşmiş haldır. Azərbaycandan Türkiyə və Gürcüstana uçuş isə bahadır:

 

"Tiflisə bir saatlıq uçuşdur, eynilə Naxçıvanla məsafə kimi, deməli, biletin qiymətini 50-60 manatdan müəyyən etmək, reyslərin də sayını artırmaq olar. Eyni zamanda, Türkiyəyə də 80-100 manat olması mümkündür, sadəcə, AZAL daha çox qazanmaq istəyir. Necə olur ki, Romadan Amsterdama ucuz uçmaq olur, Bakıdan Tiflisə yox?!”

 

F.Əliyev qeyd edib ki, quru yollar 4 ildir bağlıdır və yaxın zamanda açılması gözlənilmir. Onun sözlərinə görə, bu səbəbdən AZAL yay mövsümündə vətəndaşlar üçün ucuz reyslər təşkil edə bilər:

 

“Ümumiyyətlə, Gürcüstan və Türkiyəyə uçuşların baha olması anlaşılmazdır. Bunun heç bir izahı yoxdur. Biz qardaş ölkəyiksə, niyə ora bir adamın gediş-dönüşü 700-800 manat etməlidir? Başqa ölkələr öz qonşularına səfərləri çox ucuz ediblər. Məncə, burada AZAL ciddi addımlar ata bilər. Çünki əhali yayda Türkiyə və Gürcüstana getmək istəyir, amma qiymətlər heç də hamı üçün əlçatan deyil”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?