Deputat Türkiyənin şəhid ailələri və qaziləri cəmiyyətlərinin rəhbərləri ilə görüşüb

15:41 17-09-2019 | icon 464 | Cəmiyyət
Deputat Türkiyənin şəhid ailələri və qaziləri cəmiyyətlərinin rəhbərləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Nuru Paşanın rəhbərliyi altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakını işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvətilə ölkəmizə gələn Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin ehtiyatda olan zabitlər dərnəyi, Türkiyənin müharibə əlilləri və şəhidlərinin yaxınlarının dərnəyi, Türkiyə müharibə veteranları birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının üzvləri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənlinin iştirak etdiyi görüşlərdə “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib.

 

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən Q.Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. O, hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən də danışıb və iki qardaş ölkəmizin şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri arasında əlaqələrin sürətlə artmasından məmnuniyyət duyduğunu dilə gətirərək onun daha da inkişafına inandığını deyib.

 

Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyiblər.

Görüşün sonunda millət vəkili Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin ehtiyatda olan zabitlər dərnəyi, Türkiyənin müharibə əlilləri və şəhidlərinin yaxınlarının dərnəyi, Türkiyə müharibə veteranları birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının üzvlərinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib.

 

Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin ehtiyatda olan zabitlər dərnəyi, Türkiyənin müharibə əlilləri və şəhidlərinin yaxınlarının dərnəyi, Türkiyə müharibə veteranları birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının üzvləri hər zaman Azərbaycanın yanında olduqlarını bildiriblər və hər bir təşkilat millət vəkili Q.Paşayevaya xatirə medallarını təqdim ediblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72