Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA

10:33 08-05-2024 | icon 270 | Siyasət
Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA

“Ermənistan təcrid vəziyyətindən çıxa bilər”

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Zeit” nəşrinə müsahibə verib.

 

Versus.Az bildirir ki, Elçin Əmirbəyov müsahibəsində noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq təbdirindən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından bəhs edib.

 

Xüsusi tapşırıqlar üzrə nümayəndə Azərbaycanda saxlanılmış 32 erməni hərbçinin müqabilində iki azərbaycanlı əsirin geri qaytarılmasına nail olunduğunu xatırladıb.

 

Əlavə olaraq qeyd edib ki, Ermənistanın COP-un Büro üzvü olması və bunun müqabilində Azərbaycanın iqlim konfransına ev sahibliyi etməsi barədə razılığa gəlinməsi etimad quruculuğu tədbirlərini, bunun necə edilə biləcəyini göstərir.

 

Bununla belə nəşr yazır ki, Ermənistan isə Azərbaycana təhlükəli qonşu kimi baxır.

 

“Bəs bu ziddiyyətli perspektivlər nə vaxtsa uzlaşa bilərmi” sualı ilə çıxış edən nəşrə Elçin Əmirbəyov cavab verib.

 

Azərbaycan rəsmisi hesab edir ki, Ermənistanın əsas narahatlıqları absurddur.

 

 

Elçin Əmirbəyov bildirib ki, Azərbaycan 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 Noyabr Üçtərəfli Bəyanatına əsasən, Zəngəzur ərazisindən avtomobil və dəmir yolu çəkməyi təklif edir.

 

“Ermənistan təcrid vəziyyətindən çıxa bilər. O, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər”.

 

Elçin Əmirbəyov nəşrin “bəs Ermənistan bu təklifi rədd edərsə?” sualına isə belə cavab verib:

 

“Biz də İrandan cənuba doğru avtomobil və dəmir yolu çəkə bilərik ki, bunun da uzunluğu cəmi 10 kilometr olar”.

 

Elçin Əmirbəyov bununla yanaşı, Zəngəzur dəhlizi ilə əlaqədar hərbi müdaxilə imkanları barədə iddialarla əlaqədar sualı da cavablandırıb:

 

“Biz bunu niyə etməliyik? Biz torpaqları qeyri-qanuni zəbt etməklə tarixin yanlış tərəfində dayanmış olarıq. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin bərpasından fərqli olaraq, dünya bunu qəbul etməz”, - deyə o əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB