BŞBPİ-nin mətbuat katibini ölümlə hədələyən şəxs tutulub

19:24 04-11-2019 | icon 433 | Hadisə
BŞBPİ-nin mətbuat katibini ölümlə hədələyən şəxs tutulub

Xəbər verildiyi kimi, bu il sentyabr ayının 29-da kütləvi informasiya vasitələrində Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.

 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Versus.Az-a daxil olan birgə məlumatda qeyd olunur ki, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta  görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və o, saxlanılıb.

 

Yaşadığı evə baxış zamanı oradan 1 ədəd tək lüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb. 

 

İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib.

 

Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?