“Yüksəliş” müsabiqəsində sui-istifadə hallarının qarşısının alınması mexanizmi açıqlanıb

12:46 07-02-2020 | icon 480 | Sosial
“Yüksəliş” müsabiqəsində sui-istifadə hallarının qarşısının alınması mexanizmi açıqlanıb

“Yüksəliş” müsabiqəsində imtahan suallarının sızması, o cümlədən Onlayn mərhələdə müsabiqə iştirakçısının kənar yardımdan, digər vasitələrdən hansı dərəcədə sui-istifadə etmək imkanlarının olduğu və bunun hansı nəticələrə yol aça biləcəyinə aydınlıq gətirilib.

 

Versus.Az xəbər verir ki, bu gün “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, internetin sürətinin 100 Kbit olması yetərlidir və Onlayn mərhələsində iştirakçılar hətta mobil telefon vasitəsi ilə kompüteri internetə qoşmaqla da Onlayn mərhələsində iştirak edə bilərlər. 

 

Hacıyev nəzərə çatdırıb ki, “Yüksəliş” müsabiqəsində imtahanların suallarının kənara sızması imkanı tam aradan qaldırılıb:

“Həmin suallar Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanacaq və həmin sualları hazırlayan müəllimlər bunkerdə olacaq, mərhələ başa çatana qədər bunkerdə qalacaqlar”.

 

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri  Natiq Əliyev qeyd edib ki, Onlayn mərhələdə imtahan zamanı bir sual üçün ayrılan 30 saniyə ərzində hansısa namizəd bir sualı cavablandırmırsa, sistem növbəti suala keçir:

“Əgər namizəd 30 saniyə ərzində qeyri-adi bacarığa malik olub, həmin suala cavab tapmaq üçün başqa vasitədən istifadə etsə, həmin suala uyğun suallar müsabiqənin əyani mərhələsində də veriləcək. Beləliklə, biz əyani mərhələdə iştirakçının Onlayn mərhələdə kənar yardımdan istifadə etdiyini müəyyənləşdirəcəyik və onu müsabiqədən kənarlaşdıracağıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?