Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

11:21 24-02-2020 | icon 37 | Qarabağ
Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən tanınmış “Environmental Directions” radio proqramının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Xocalı soyqırımına dair sözügedən proqrama müsahibə verib. 

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, müsahibədə N.Ağayev ilk öncə Qarabağın əzəli Azərbaycan torpağı olması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalı pisləyən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistanın hələ də bu qətnamələrə və dünya birliyinin iradəsinə məhəl qoymadığını qeyd edib.

 

Daha sonra Xocalı soyqırımı barədə geniş məlumat verən diplomat, bu cinayəti törədənlərin hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıb. Baş konsul bildirib ki, ermənilər nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamına dair etdiyi etirafı diqqətə çatdırıb.

 

N.Ağayev 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat bu səpkidə artıq 10-dan artıq dövlətin və ABŞ-ın 23 ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini vurğulayıb. Bundan başqa o, ABŞ-da Xocalı soyqırımına dair amerikalı müəlliflər tərəfindən iki kitabın nəşr edildiyini, çoxlu sayda məqalələrin dərc olunduğunu, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filminin istehsal olunduğunu qeyd edib. 

 

N. Ağayev müxtəlif dinlərin dinc, yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistanın bu gün monoetnik və təkdinli dövlətə çevrildiyini, qeyri-tolerantlığın, Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də anti-semitizmin gücləndiyini, hətta ABŞ-ın Anti-Defamasiya Liqasının rəy sorğusuna görə anti-semitizimin səviyyəsinə görə (58%) Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü dövlət olduğunu söyləyib. Vurğulanıb ki, Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njde Ermənistanda milli qəhrəman hesab olunur və Yerevanın mərkəzində abidəsi ucaldılıb.

 

Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu gün çətin bir bölgədə sabitlik və rifah adasına çevrildiyini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində səylərin əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, 1977-ci ildə yaradılan həftəlik radio proqramın aparıcısı üç dəfə Emmi mükafatına namizəd olmuş, məşhur jurnalist Nensi Perlmandır (Nancy Pearlman). Proqram Kaliforniya və ABŞ-ın digər qərb ştatlarında müxtəlif radio kanalları vasitəsilə geniş yayımlanır. /APA/

 

Versus.Az

Xəbər lenti

Türkiyədəki ermənilər geri qayıdırlar

Elxan Şahinoğlu: “Ermənistanda və Dağlıq Qarabağda iqtisadi və sosial problemlərin miqyası da genişlənir”

Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı

“Təbliği camaat” koronavirusun yayılmasında hansı rol oynayıb?

ŞƏHİD Tapdıq Babaşovun doğum günüdür…

Vətəndaş Cəmiyyəti ilə bağlı “yol xəritəsi” və atılan addımlar - MÜSAHİBƏ

"MƏN"İ MƏNƏ ANLATMA

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB bu ailələrin 1 aylıq ərzaq təminatını öz üzərinə götürdü

""Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli bu məqamda yerinə düşmür"

Mədəniyyət komitəsinin sədri bir sıra təkliflərlə çıxış edib

Kürdəmir spirt emalı zavodunun rəhbərliyi Prezidentin çağırışına qoşuldu /VİDEO+FOTO/

İşsizlərə müavinətlər ATM-lər vasitəsilə veriləcək

"Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar

Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlər haqqında

"Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur"

“Biz tarixi dəyişdirə, tariximizdən imtina edə bilmərik”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..

Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib

Muzdlu işçilərə 215 milyon manat həcmində kompensasiya veriləcək

Bir millət aydınlarından yenilər

Bu tələbələrin təhsil haqqı ödəniləcək

İcazəsiz hərəkət edən şəxslərin barələrində tədbirlər görülür - FOTO

Arzu Bağırova da yardımlaşma kampaniyasına başladı

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

“Kimsə onları psixoloji terapiyaya məcbur edə bilməz”

"İnsanlar üzərində ilk tədqiqatlar aparılmalıdır"

Kolumbiya Venesuelanın yardımından imtina edib

"COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb"