Həmkarlar İttifaqı Konfederasiyası niyə Müstəqil Həmkarlar Birliyi ilə səhv salınır?

15:59 22-05-2023 | icon 1085 | Cəmiyyət
Həmkarlar İttifaqı Konfederasiyası niyə Müstəqil Həmkarlar Birliyi ilə səhv salınır?

Fuad Əliyev: “Həmkar dostlarımın fəaliyyətini təftiş etmək istəmirəm”

 

Müstəqil Həmkarlar Birliyi iki aya yaxın fəaliyyəti dövründə iki xeyriyyə aksiyasına start verib. Bunlar #MehribanMay Qocalar Evinin sakinləri üçün və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə #təşəkkürqazan xeyriyyə aksiyasıdır. Eyni zamanda, Müstəqil Həmkarlar Birliyinin "Qaynar xətti"ni yaratmışıq və hər gün "Qaynar xətt"ə onlarla müraciət daxil olur”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, “Qaynar Xətt”ə daxil olan şikayətlər MHB-nin mütəxəssisləri tərəfindən araşdırandan sonra qeydiyyata alınır və müvafiq təşkilatlara həmin şikayətlərlə bağlı sorğular göndərirlər:

 

“MHB-nin "Qaynar xətt"i yaradılandan sonra whatsapp nömrəsi sosial şəbəkələrdə paylaşıldı. İlk günlərdə demək olar ki, müraciət olmamışdı. Amma sosial şəbəkələrdə rəyləri oxuyanda başa düşürdük ki, bizim Birliyimizi Konfederasiya ilə qarışdırırlar. Çünki Konfederasiyaya olan mənfi fikirləri bizim Müstəqil Həmkarların ünvanına yazırdılar. Yəqinki onlar Konfederasiyadan bir dəstək, bir kömək görmədiklərinə görə belə mənfi fikirlər yazırdılar. Biz onlara Konfederasiyaya aid olmadığımızı izah edəndən sonra, Birliyimizə müraciətlərini göndərməyə başladılar”.

 

Vətəndaşların əksəriyyətinin AHİK-yə mənfi münasibətdə olmasına gəlincə, F.Əliyev həmkar dostlarının fəaliyyətini təftiş etmək istəmədiyini vurğuladı:

 

“Amma, əgər Konfederasiyanın fəaliyyətinə belə bir münasibət sərgilənirsə, deməli hardasa fəaliyyətlərində boşluq var. Mənim fikrimcə, vətəndaş kiminsə fəaliyyətini boş yerə tənqid etməz”.

 

F.Əliyev Birliyə daxil olan müraciətlərlə bağlı sorğu göndərdikləri dövlət təşkilatlarının bu yöndə fəaliyyətinə də diqqət çəkib:

 

“Biz heç kimi məcbur edə bilmərik ki, bizim müraciətimizə tez baxılsın və tez cavab verilsin. Amma operativliyə görə qiymət versək, müsbət qiyməti Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə verərdik. Bu iki təşkilat sorğularımızı çox çevik və obyektiv cavablandırıblar. Səhiyyə Nazirliyindən isə sorğularımızın heç birinə cavab verilməyib”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq