Almaniyada maraqlı hadisə

15:31 21-11-2024 | icon 15 | Maraqlı
Almaniyada maraqlı hadisə

Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi

 

Almaniyanın Ştutqart şəhərində qeyri-adi hadisə baş verib.

 

"Bild" "Telegram" kanalı yazır ki, yeraltı dayanacaqda yanğın siqnalı bütün qapıların avtomatik bağlanmasına səbəb olub və nəticədə 200 avtomobil sürücüsü içəridə qalıb.

 

Daha sonra məlum olub ki, sistemdə göyərçin nəcisi səbəbindən nasazlıq yaranıb, sistem çöküb və bu da qısaqapanmaya gətirib çıxarıb.

 

Bildirilib ki, həyəcan siqnalı işə düşsə də, yanğınsöndürmə xidməti hadisə barədə ancaq iki saat sonra - polisin xəbər verməsi ilə agah olub.

 

Yanğınsöndürənlər darvazalardan birini mişarla parçalayıblar və zirzəmidə kilidlənərək qapalı qalmış sürücüləri çıxara biliblər.

 

Sürücülərdən biri olan Abdulla Koteyçe bildirib ki, dostları ilə barda görüşdükdən sonra yeraltı dayanacaqda kilidli vəziyyətdə qalıb. Dayanacaqdan çıxmaq cəhdləri isə darvaza sisteminin sıradan çıxması ilə nəticələnib.

 

Qeyd edək ki, hadisənin heç də bütün iştirakçıları baş verənlərə yumor hissi ilə yanaşmayıb. Belə ki, sürücülərdən biri operator şirkətindən təzminat tələb edib - bütün qarajlarda ömürlük parkinq hüququ.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il