Millət vəkili Banqladeşin baş naziri ilə görüşüb

15:27 16-05-2018 | icon 404 | Siyasət
Millət vəkili Banqladeşin baş naziri ilə görüşüb

 

Nümayəndə heyəti Azərbaycan qadınlarının cəmiyyətdə rolu və Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılıb

 

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Ümumdünya Qadın Sammiti çərçivəsində Banqladeşin baş naziri Şeyx Hasina və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışan Q.Paşayeva, onlara Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsindən danışan millət vəkili, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etdiyini vurğulayıb.

 

Millət vəkili ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub.

Millət vəkili görüşün sonunda Banqladeşin baş naziri Şeyx Hasina və rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR