""Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli bu məqamda yerinə düşmür"

21:11 09-04-2020 | icon 626 | Siyasət
""Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli bu məqamda yerinə düşmür"

Əlisahib Hüseynov: "İndi neqativ düşüncələrin yeri və zamanı deyil"

 

"İndi istər fərd olaraq, istərsə də toplum olaraq hamımız böyük bir sınaq qarşısındayıq. Koronavirus pandemiyası sanki həm də bizim hər birimizin insanlığımızı, vicdanımızı yoxlayır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri qeyd edib ki, məhz karantin günlərində bir çox iş yerləri bağlı olduğu üçün bəzi ailələr və tənha insanlar müxtəlif çətinliklərlə üzləşir:

 

"Dövlətimiz həmin insanların, ailələrin problemlərinin həlli üçün gərəkən addımları atır. Lakin dövlətlə bərabər, bir sıra imkanlı şəxslər və sənət adamları da imkansız ailələrə köməyini əsirgəmir. Əlbəttə, onların bəziləri bunu gizlin şəkildə edir, bəziləri isə video və fotolar çəkib sosial şəbəkələrdə paylaşım da edirlər. Ancaq çox təəssüf ki, həmin paylaşımların altında xoş fikirlərlə yanaşı, "sağ əlin verdiyini sol əl bilməməlidir" kimi tənə dolu, qınayıcı rəylər də yazılır. Belə deyək də, sosial şəbəkə "ekspert"ləri bu xeyriyyəçiləri özlərini reklam etməkdə ittiham edirlər. Amma əslində isə hər kəs bilir ki, o sənətçilər və imkanlı şəxslər bunu reklam üçün deyil, həm başqalarına örnək olması üçün yayırlar, həm də yardım etmək istəyən digər şirkətlərin və şəxslərin də bu nəcib işə qoşulmasına vasitəçi olurlar. Və nəticədə, məhz bu paylaşımların sayəsində daha çox ailəyə əl tutulur, yardım edilmiş olur. Bir sözlə, onlar bu həssas məqamda kasıb ailələrini, xüsusən də uşaqları sevindirirlər. Odur ki, "Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli hazırki anda qətiyyən yerinə düşmür. Zaman dəyişib. Bu cür ehkamçı fikirlərdən əl çəkmək lazımdır. İndi neqativ düşüncələrin yeri və zamanı deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?