Deputat tibb müəssisələrini xüsusilə diqqətli olmağa çağırıb

17:58 24-04-2020 | icon 995 | Sağlamlıq
Deputat tibb müəssisələrini xüsusilə diqqətli olmağa çağırıb

Qənirə Paşayeva: "Ombudsmanın 2019-cu il üzrə məruzəsində vurğuladığı məsələ öz həllini tapmalıdır"

 

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Ombudsmanın illik məruzəsində çıxış edib, məruzəni dəstəkləyib.

 

Versus.Az xəbər verir ki, millət vəkili çıxışında cəmiyyəti narahat edən problemləri əks etdirən təkliflərlə çıxış edən Ombudsman Səbinə Əliyevanın fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı onun qaldırdığı bir sıra məsələlərin öz həllini tapması istiqamətində müvafiq qurumlara çağırış edib:


“Autizm sindromlu uşaqların problemlərinin həlli prioritet məsələ olaraq qalmaqdadır.
Ölkəmizin birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk ki, Autizm sindromlu uşaqların problemləri daim Heydər Əliyev Fondunun diqqətində olmuş, bu sahədə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Mehriban xanım Əliyevanın autizm sindromlu uşaqlara dəstək və qayğısını xüsusi vurğulayaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də autizm sindromlu uşaqların prolemlərini həlli istiqamətində irəli sürülən təklifləri də dəstəkləyərək bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldıran və təkliflərlə çıxış edən bir millət vəkili olaraq müvafiq qurumları bu məsələyə daha çox diqqət ayırmağa çağırıram.”

 


Millət vəkili Q.Paşayeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində şəkərli diabet xəstələri ilə bağlı qaldırılan məsələləri, təklifləri dəstəklədiyini də bildirib. Hər ay xeyli sayda şəkərli diabet xəstələrindən müraciətlər alırıq deyən Q.Paşayeva bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində vurğuladığı məsələ (“şəkərli diabet xəstələrinin dərman preparatları, özününəzarət vasitələri və digər ləvazimatlarla təminatı üzrə tədbirlər daha da gücləndirilməli, dispanser qeydiyyatında olan hər bir xəstənin şəkərsalıcı dərman preparatları ilə vaxtında və tələb olunan həcmdə təmin edilməsi məqsədilə sahə tibb müəssisələrinə mərkəzləşdirilmiş qaydada şəkərsalıcı dərman preparatları və özünənəzarət vasitələri verilərkən xəstələrin sayı və dərmanların bölüşdürülməsi düzgün planlaşdırılması, ünvanlılıq prinsipi nəzərə alınmalıdır”) öz həllini tapmalıdır.

 


Millət vəkili Q.Paşayeva eyni zamanda bildirib ki, bir sıra vətəndaşlarımız tərəfindən əlilliyin təyin ediməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra hallarda tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş müvafiq göndərişlərdə (forma-88) qeyri peşəkarlıq və laqeyd münasibət nəticəsində vətəndaşın səhhətinin tam və ətraflı şəkildə əks etdirilməməsi, ekspertiza üçün əhəmiyyətlli olan tibbi məlumatların qeyd olunmaması, diaqnoz və ağırlaşmaların düzgün formalaşdırılmaması səbəbindən əlillik ala bilməyiblər:

"Araşdırmalar zamanı bəzi hallarda vətəndaşların bu məsələdə haqlı olduğu üzə çıxır. Ona görə biz tibb müəssisələrini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də qeyd edildiyi kimi bu məsələlərdə xüsusi diqqətli olmağa çağırırıq. Çünki onların bu məsələdə kiçik bir xətası bir vətəndaşın əlillik ala bilməsi hüquqlarının pozulmasına gətirib çıxara bilir ki, bu da onun sosial vəziyyətinə ciddi təsir göstərir".



 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?