"18 yaşına çatmayan uşaqlarla bağlı vacib qanunlara əməl edilmir" - VİDEO

09:15 02-05-2020 | icon 515 | Sosial
"18 yaşına çatmayan uşaqlarla bağlı vacib qanunlara əməl edilmir" - VİDEO

Qənirə Paşayeva: "Qanuna nəzarət edən qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir"

 

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə 18 yaşına çatmayan uşaqlarla bağlı bəzi vacib qanunlara əməl edilmədiyini deyib və qurumları bu məsələyə ciddi diqqət ayırmağa çağırıb.



Versus.Az xəbər verir ki, Parlamentin dünənki iclasında uşaq hüquqları haqqında qanuna edilən dəyişikliklər barədə danışan Qənirə Paşayeva alkoqollu, energetik içkilərin və tütün məmulatlarının 18 yaşına çatmamış şəxslərə satılmasının düzgün olmadığını vurğulayıb.

 

Alkoqollu içkilərin və tütün məmulatlarının 18 yaşına çatmayan uşaqlara satılmasının qadağan olunması barədə qanunun olmasına baxmayaraq buna əməl olunmadığını bildirən Q.Paşayeva həmin məsələ ilə bağlı müvafiq qurumlarla sözügedən qanunun və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib:


"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara alkaqollu içkilər, siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanuna nəzarət edən qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir".

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?