Milli Məclisin yeni mətbuat katibi kimdir?

11:52 05-05-2020 | icon 998 | KİV
Milli Məclisin yeni mətbuat katibi kimdir?

BDU-da təhsil alıb, Dövlət Komitəsində və AzTV-də çalışıb

 

Milli Məclisdə aparılan kadr dəyişiklikləri parlamentin Mətbuat xidmətindən də yan keçməyib.



Xəbər verdiyimiz kimi, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad olunub. Milli Məclisin sədri Sahibə Qafarova bu barədə müvafiq sərəncam imzalayıb.


Parlamentin yeni mətbuat katibinin adı da açıqlanıb. Spikerin digər sərəncamı ilə Elnar Məmmədli Milli Məclisin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, Elnar Məmmədli bu təyinatadək AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tuturdu...



Milli Məclisin yeni mətbuat katibi Elnar Məmmədlinin tərcümeyi-halı:

Elnar Baləhməd oğlu Məmmədov (Elnar Məmmədli) 26 may 1978-ci ildə Neftçala şəhərində anadan olub. 1985-1995-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbində orta təhsil alıb. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr və 1999-2001-ci illərdə isə magistr pilləsində təhsil alıb. 1998-ci ildə Fransa Respublikasının Paris şəhərində yerləşən CİES- Xarici Tələbələrin və Stajçıların Tədris Mərkəzinin tabeliyindəki CİFAP departamentində “Xüsusi jurnalistika” ixtisası kurslarında oxuyub. Daha sonra BBC-nin Bakıda təşkil etdiyi xüsusi televiziya jurnalistikası kurslarını müvəffəqiyyətlə bitirib.


1996-cı ildən AzTV ilə əməkdaşlıq edən Elnar Məmmədli 1998-ci ildə dövlət televiziyasının “Xəbərlər” baş redaksiyasının “Xarici informasiya” şöbəsində redaktor vəzifəsinə  işə qəbul olunub. O illərdə “Həftə” analitik-informasiya proqramında şərhçi kimi siyasi, beynəlxalq münasibətlərin müxtəlif istiqamətləri üzrə analitik məzmunlu şərhlər hazırlayıb. Həmin illərdə AzTV-nin xətti ilə ezam olunduğu xarici ölkələrdən reportajlar hazırlayıb. Xüsusi ilə də 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduğu ilk vaxtlarda Strasburqdan hazırladığı reportajlarla tamaşaçıların diqqətini cəlb edib.  

2003-cü ildə AzTV-nin Rusiya Federasiyası üzrə bürosunun müdiri vəzifəsinə təyin olunub. 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini vəzifəsinə təyinat alıb. 2011-ci ildə isə o, mərkəzi Fransanın Strasburq şəhərində yerləşməklə Azərbaycan Televiziyasının Qərbi Avropa ölkələri üzrə bürosunun müdiri vəzifəsinə təyin edilib.

 

2018-ci ildə AzTV-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər” studiyasının direktor müavini vəzifəsinə keçirilib. 2020-ci il fevral ayının 3-də Azərbaycan Televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifəsinə təyin olunub. Son bir ildə tamaşaçılar Elnar Məmmədlini həm də AzTv-nin “Günün nəbzi”, “Əsas məsələ” və “Hədəf” verilişlərinin aparıcısı kimi də televizya ekranlarda görürlər.  

Ana dili ilə yanaşı ingilis, fransız, rus və türk dillərində sərbəst bilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR