İşsizlik – psixoloji pozuntunun yaranma səbəblərindən biri…

10:28 17-01-2018 | icon 920 | Köşə
İşsizlik – psixoloji pozuntunun yaranma səbəblərindən biri…

Yelmar Nəbiyev

Adamın pulu olmayanda…

Bu yaxınlarda tələbəlik illərində tez-tez görüşdüyümüz dostuma zəng elədim, ordan-burdan danışdıq, mən dostluğumuzu unutduğuna görə şikayətləndim. O, işləmədiyi üçün problemlərinin yarandığını desə də, mən bunu bəhanə saydım. Dostum “özünü mənim yerimə qoysan başa düşərsən” dedi. Beləcə, bir az da qayğısız tələbəlik illərindən danışıb, yarıxoş, yarıincik sağollaşdıq…

Aradan xeyli vaxt keçib. Mən hələ də dostumla olan söhbətin təsirindən çıxa bilmirəm. Özümü dostumun dediyi kimi, onun yerinə qoymaq istədim. Axı necə ola bilər ki, işsizlik insanı yaxınlarından, dostlarından, hətta cəmiyyətdən uzaqlaşdıra bilir? Fikirləşdikcə, acı gerçəklik gözlərimin qarşısında vərəqlənməyə başladı… Özümü dostumun yerinə qoyduqca onun nə demək istədiyini anlayırdım…

Təsəvvür edin, universitet məzunusunuz, 25-26 yaşınız var və işsizsiniz… Bu isə o deməkdir ki, aylıq və ya günlük hər hansı bir maddi gəliriniz olmayacaq. Bəzən deyirlər ki, pul hər şey demək deyil. Amma etiraf etməliyik ki, günümüzdə hər sey pul deməkdir. Əgər isləmirsənsə, maddi sıxıntın varsa, təbii ki, müəyyən müddətdən sonra insanda psixoloji problem yaranacaq. İlk öncə bu, əsəbi davranışlarla özünü büruzə verə bilər, sonrakı etaplarda artıq psixoz hədd qaçılmazdır. Öncə evə qapılırsan, çölə-bayıra çıxmırsan, ünsiyyətdən çəkinirsən. Çünki nə qədər acı da olsa, adamın pulu olmayanda inamsızlıq hakim kəsilir. Nəticədə dost-tanışla görüşdən qaçırsan, yaxınlarının qonaq dəvətlərindən bəhanəylə yayınırsan.

Düşünürəm ki, dostum haqlıdır, bir kişi üçün utancverici yalnız işsiz qalması və cibinin boş olmasıdır. Doğrudur, tələbəlik illərində durum başqa idi. Yəni pul olmasa belə, heç kəs bundan utanıb-çəkinmirdi. Amma 25-26 yaşda artıq ailə yükünü çiyinlərinə götürmüş bir şəxs kimi məsuliyyət böyük olur. Eyni zamanda, dost-tanış içərisində maddi baxımdan geri qalmaq acizləşdirir insanı. Bu vəziyyət davam etdikcə, cəmiyyətdən də uzaqlaşırsan. Çox keçmir ki, bu problemlər ailədə də özünü göstərməyə başlayır. Düzdür, belə vəziyyətlərdə valideynlər müəyyən maddi tələbləri ödəyir, mənəvi dayaq olmağa çalışır. Amma bu vəziyyət təkrarlandıqca utanc hissi baş qaldırır.

Zaman keçdikcə sənə elə gəlir ki, yaxınlarının sənə qarşı baxışları tamamən dəyişib. Sənə elə gəlir ki, hər kəs düşdüyün acınacaqlı vəziyyətinə görə sənə acıyır. Onlara yanıldıqlarını göstərmək üçün özünümüdafiə çıxışlar etməyə başlayırsan. “Mən bacarıqsız deyiləm, aciz deyiləm” deyircəsinə hər kəsə üsyan edirsən. Həttda öz səhfini belə, müdafiə edərsən… Bax bu, artıq psixoloji cəhətdən sarsılmaqdan xəbər verir.

Beləcə, cəmiyyətin işsizlik problemi hər ailədə xoşagəlməz gərginliklərə səbəb olur. Üstəlik əgər ailə qurubsansa və övladın da varsa, bu, daha betər. Çünki hər bir şəxsin öz ailəsi qarşısında müəyyən borcları var.

Bunları düşündükcə səni çox yaxşı başa düşürəm dostum…

P.S. Siz siz olun, işsiz dost-tanışlarınıza “niyə məni unudubsan” deyib narazılıqla şikayətlənməyin. Mən etdim, siz etməyin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il