"Azərbaycanın strateji maraqlarına zidd olan bu sənədə qiymət verməyə tələsməməliyik"

16:39 14-05-2020 | icon 840 | Geopolitika
"Azərbaycanın strateji maraqlarına zidd olan bu sənədə qiymət verməyə tələsməməliyik"

Əlisahib Hüseynov: "İranın molla hakimiyyəti bu layihəni hələ illər öncə dəfələrlə reallaşdırmağa çalışıb"

 

"23 fevral 2016-ci ildə Azərbaycanla İran arasında bağlanan “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”ə Azərbaycanın strateji maraqlarına zidd olan bir sənəd kimi qiymət verməyə hələ tələsməməliyik. Unutmamalıyıq ki, qonşuluq münasibətlərində onsuz da o qədər də etibarlı ölkə kimi tanınmayan İranın molla hakimiyyəti bu layihəni hələ illər öncə dəfələrlə reallaşdırmağa çalışıb. Özü də Azərbaycanın mövqeyi nəzərə alınmadan və ölkəmizin bu layihədə iştirakı nəzərdə tutulmadan".

 
 
Versus.Az xəbər verir ki, bunu aşıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Lakin dönəmin müdrik siyasətçisi, tariximizin ən mürəkkəb dövrlərindən biri sayılan ötən əsrin 90-cı illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev rəsmi Tehranın bu planlarına mane olduğunu qeyd edən partiya sədri vurğulayıb ki, 2016-cı ildə İranla Azərbaycan arasında imzalanan məlum saziş isə həmin layihənin İran-Ermənistan layihəsi kimi gerçəkləşdirilməsinin qarşısını alıb və beləliklə, layihənin İran-Azərbaycan birgə layihəsi müstəvisinə keçirilməsinə zəmin yaradıb:
 
"Başqa sözlə desək, bu layihə indi İranla Azərbaycanın qarşılıqlı yurisdiksiyasına aiddir. Azərbaycanın bu addımı erməni işğalçılarının sözügedən hidroqovşaqdan faydalanmasının qarşısını almağa hesablanıb və bu məqam sazişin mətnində də açıq şəkildə öz əksini tapıb. Belə ki, sazişdə qeyd edilib ki, “Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir”. Biz əminik ki, İran tərəfi qarşıdakı dövrdə bu sazişin şərtlərinə tam əməl edəcək. Əgər əməl etməyəcəksə, bu da İranla qonşuluq münasibətlərimizin pozulmasına gətirib çıxara bilər. Zənnimcə, molla hökuməti Azərbaycan kimi çox önəmli bir qonşu dövlətlə münasibətləri korlamağa risk etməz".
 
 
LƏMAN
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI