Burda da 28 May Azərbaycan Respublika Günü elan olundu

10:27 23-05-2020 | icon 938 | Dünya
Burda da 28 May Azərbaycan Respublika Günü elan olundu

Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 May tarixinin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, ilk olaraq Mayami-Deyd şəhərinin multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyi bildirilir.

 

Belə ki, ABŞ-da yaşayan azərbaycanlıların Floridada güclü iştirakı vurğulanaraq, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini qeyd edilib.

 

K.Himenez dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 May tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü kimi qeyd etdiyini, o cümlədən, bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu xatırladıb.

 

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.

 

Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.

 

Mer Himenez 28 may 2020-ci il tarixini Azərbaycan Respublika Günü elan edərək, Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağa və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?