"Bu, Paşinyanın sonu olacaq"

12:20 15-06-2020 | icon 520 | Geopolitika
"Bu, Paşinyanın sonu olacaq"

Fuad Əliyev: "Müxalifət Paşinyanın komandasındakı narazılıqdan istefadə edə bilsə..."

 

"Biz bəyanatımızda da qeyd etdik ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamentinin rəsmiləri ilk dəfə birgə sənəd qəbul ediblər. Bu sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Ermənistan üçün bu gözlənilməz idi. İndi biz bundan maksimum yararlanmalıyıq. Hakimiyyət bütün imkanları işə salmalıdır. Mən ümid edirəm ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq. Çünki BMT-nin məlum 4 qətnaməsi, Avropa Parlamentinin bəyanatı işğalda olan torpaqların azad olunması üçün bizə hüquqi əsas verir".

 

Versus.Az xəbər verir ki, bunun açıqlamasında Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə qəbul etdiyi bəyanatına partiya sədri olaraq ilk reaksiya verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
 
 
Partiya sədri son bir ay ərzində Ermənistanda müşahidə olunan hakimiyyət böhranına, Paşinyana qarşı təzyiqlərin güclənməsinə diqqət çəkib:

"Bir gündə 3 güc strukturunda rəhbər vəzifə tutan şəxslər istefaya göndərilir. Böhran deyilsə, bəs nədir onda? Bunu karantin rejimi qaydalarının pozulması ilə əlaqələndirdilər. Amma mən hesab edirəm ki, bu, belə deyil. Fikrimcə, bir gündə 3 güc struktur rəhbərinin istefası heç də təsadüf deyil. Son vaxtlar Paşinyanın adı korrupsiya, siqaret qaçaqmalçılığı, silah, narkotik alveri kimi məsələlər də hallanır. Diqqətedin, Paşinyan hakimiyyətə meydandan gəlib və qısa bir zamanda adı belə işlərdə hallanır. Qeyd edim ki, Paşinyanın siyasətçi kimi naşı və təcrübəsiz olduğunu, onun siyasətə “atıldığı” birinci gündən demişəm. Xarici dairələr o vaxt rusiyameyilli güvvələri hakimiyyətdən devirmək üçün siyasətçi kimi tanınmamış bir jurnalisti ələ alaraq, siyasətə “atdılar”. Sonradan külli miqdarda pul buraxdılar ki, “parlament inqlabı” etsin. İndi də bu verilən milliyonları qaytarmaq lazımdır. Ona görə də heç də təəccüblü deyil ki, adı silah, narkotik və digər məsələlərdə hallanır".


F.Əliyevin fikrincə, Ermənistan hakimiyyətindəki məlum istefalar və sadalanan digər məsələlər Paşinyan iqtidarını süquta gətirib çıxara bilər:

"Hər şey ola bilər. Birincisi, Paşinyan komandadaxili münasibətləri normallaşdırmalıdır. Bu da inandırıcı görsənmir. 3 ay bundan əvvəl təyin etdiyi nazir istefaya gedir. Bu onu göstərir ki, Paşinyan kadr seçimini də düzgün edə bilmir və təyin etdiyi adamlar onun istəyi ilə oturub-durmurlar.
 
İkincisi, Ermənistan müxalifətindən də indi çox şey asılıdır. Müxalifət Paşinyanın komandasındakı narazılıqdan istefadə edə bilsə, onlarla birləşə bilsə, onda bu, Paşinyanın sonu olacaq. Fikrimcə, Paşinyan bunun qabağını almaq istəyir və müxalifətə qarşı sərt tədbirlər görür".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

44 günlük müharibədə olduğu kimi...

Dünya Qadın Seriyası

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ