Azərbaycan-Rusiya sərhədində baş verənlərə görə cinayət işi açıldı

13:58 17-06-2020 | icon 1422 | Gündəm
Azərbaycan-Rusiya sərhədində baş verənlərə görə cinayət işi açıldı

10 nəfər azərbaycanlı saxlanıldı

 

Rusiya İstintaq Komitəsi iyunun 15-də Azərbaycan-Rusiya sərhəddində baş vermiş kütləvi toqquşmalarla bağlı cinayət işi açıb.

 

Versus.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə açılıb.

 

İstintaq materiallarına görə, iyunun 15-də 400-ə qədər Azərbaycan vətəndaşı Dərbənd rayonunun Kullar kəndində yerləşən düşərgəni tərk edərək “Qafqaz” magistralını bağlamağa çalışıb.

 

“Kullar postunda Azərbaycan vətəndaşları polislərin əmrinə tabe olmayaraq, daş və digər vasitələr tətbiq etməklə hüquq-mühafizə orqanlarına sağlamlığı üçün təhlükə törədiblər”, -deyə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

 

Rusiya tərəfi hadisə nəticəsində hüquq-mühafizə orqanının 9 əməkdaşının yaralandığı, 5 xidməti maşının zədələndiyini açıqlayıb. Hazırda faktla bağlı 10 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...