Sabahın hava necə olacaq?

14:10 17-06-2020 | icon 1379 | Gündəm
Sabahın hava necə olacaq?

İyunun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Versus.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda  gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  50-60 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq. 

 

İyunun 18-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 11-16, gündüz  22-27 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoz

 

İyunun 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...