Ağaları Paşinyanı ağıllı olmağa çağırsınlar

14:28 08-06-2018 | icon 967 | Kürsü
Ağaları Paşinyanı ağıllı olmağa çağırsınlar

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri, Qarabağ müharibəsinin iştirakçısı/

 

Dünən ən strateji və ən ağrılı məsələmiz olan Qarabağ münaqişəsinin həlli ilə bağlı iki mühüm hadisə baş verdi. Öncə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Z. Mnasakanyanla görüşdü. Sonra isə Nikol Paşinyan "Azərbaycan prezidenti ilə danışıqlara hazıram" deyə, açıqlama verdi. Lakin çox təəssüf ki, sözügedən görüşdən və açıqlamadan sonra Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir ciddi dəyişiklik baş verməyəcək. Çünki görünən bu ki, Ermənistanın yeni rəhbərliyi də, həmsədr ölkə olan Rusiya da status-kvonun qorunub saxlanmasında maraqlıdır.

 

S.Lavrovun Qarabağla bağlı sülh danışıqlarında qondarma "Dağlıq Qarabağ Respublikası"nın da tərəf kimi iştirakına Azərbaycanın müsbət yanaşmasını istəməsi bir daha açıq şəkildə göstərdi ki, Rusiyanın Ermənistanda geosiyasi maraqları dəyişməyib və Ermənistanda kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq, Rusiya bu ölkəni nəyin bahasına olursa-olsun, öz təsiri altında saxlamağa çalışacaq.

N.Paşinyan isə Ermənistan parlamentinin dünən keçirilən xüsusi iclasında yeni hökumətin proqramını açıqlayarkən dedi ki, "Əliyevlə görüşə hazıram, ancaq Dağlıq Qarabağın iştirakı olmadan Qarabağ üzrə danışıqlar effektiv ola bilməz. Bu cür şey üçün mənim nə hüquqi, nə də mənəvi haqqım var. Qarabağ münaqişənin əsas tərəfi kimi danışıqlar prosesində həlledici səsə malik olmalıdır”.

 

Öz daxili xislətini gizlədə bilməyən N.Paşinyan sonrakı fikirləri ilə erməni həyasızlığının lap ifrat həddini nümayiş etdirmiş oldu:"Azərbaycanın öz cəmiyyətini müharibəyə hazırladığı bir məqamda, biz öz cəmiyyətimizi sülhə hazırlaya bilmərik. Belə bir vəziyyət olarsa, bu bizim cəmiyyəti məğlubiyyətə hazırlamaq deməkdir. Biz belə bir addım ata bilmərik. Qarşımızdakı müharibəyə hazırlaşırsa, biz də buna hazırlaşmalıyıq. Biz mövqeyimizi hələ çox sərt aqresivləşdirmədik"

 

Göründüyü kimi, N.Paşinyan bu cür avantürist və iküzlü mövqe ortaya qoymaqla, bir tərəfdən sülh danışıqlarını dalana dirədi, digər tərəfdən isə, münaqişə zonasında növbəti müharibənin başlanacağını rəsmiləşdirmiş oldu. Bu, çox hiyləgər addımdır. Rəsmi İrəvan bu yolla danışıqlarda Azərbaycana qarşı iki erməni tərəfini əyləşdirmək istəyir və eyni zamanda, Qarabağın danışıqlar prosesində iştirakını şərt kimi irəli sürməklə prosesi lap əvvələ, sıfır nöqtəsinə qaytarmaq istəyir.

 

Erməni baş nazirin Qarabağla bağlı bu cür təxribatçı addımı açıq-aşkar cəbhədə toqquşmaya səbəb ola bilər. Aydın məsələdir ki, Prezident İlham Əliyev Qarabağda cəmlənmiş erməni separatçıların danışıqlara tərəf kimi cəlb edilməsinə heç vaxt razı olmaz. Ermənistan tərəfindən sülh prosesinin fəlsəfəsinə zidd olan belə bir addımın atılması sonda Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməkdən başqa yol qoymayacaq. Güc variantı Azərbaycan üçün qaçılmaz və alternativsiz olacaq. Odur ki, nə qədər ki, gec deyil, Paşinyanın xaricdəki ağaları onu ağıllı olmağa çağırsınlar!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?