Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

11:00 26-06-2020 | icon 2755 | Gündəm
Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşların tarixi məlum olub.

 

Versus.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatında bildirilib. 

 

Məlumata görə, 1 iyul 2020-ci il tarixdən başlayaraq həftədə iki dəfə Türk Hava Yollarının (THY) və Azərbaycan Hava Yollarının (AZAL) İstanbul-Bakı istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. THY-nın uçuşları çərşənbə və cümə, AZAL-ın uçuşları isə cümə axşamı və şənbə günləri təşkil ediləcək:

"Uçuşlardan başda tələbələr olmaqla Türkiyədən Azərbaycana gəlmək istəyən Azərbaycan Respublikası vətəndaşları, eləcə də Azərbaycan Respublikasında müvafiq yaşayış icazəsi olan, biznes sahibi və ya qohumluq əlaqələri olan Türkiyə Respublikası vətəndaşları istifadə edə biləcək.

Həmçinin Azərbaycandan Türkiyəyə getmək istəyən Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşları uçuşlardan istifadə edə biləcək".

 

Qeyd olunub ki, uçuşlardan istifadə etmək üçün bəzi şərtlərə əməl edilməlidir:

"Uçuşlardan istifadə etmək üçün Türkiyə Respublikası və Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilən qurumlarda uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçiməli və mənfi nəticə əldə edilməlidir. Testi harada edəcəyiniz haqqında məlumatı THY və AZAL-dan ala bilərsiniz".

 

Digər şərtə görə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana səyahət edən bütün şəxslər təyinat nöqtələrində qalacaqları ünvanlarda 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətindədirlər.

 

Aviabilet satışına gəlincə, bildirilib ki, biletlərin satışı onlayn həyata keçiriləcək:

"COVİD-19 pandemiyası dövründə həm təyyarələrdə, həm də hava limanlarında xüsusi tədbirlər görülmüş və xüsusi qaydalar tətbiq olunur. Bütün vətəndaşların riayət etməli olduqları bu qaydalar THY və AZAL-ın rəsmi internet səhifələrində yayımlanmışdır, bu məsələ ilə bağlı təlimatların səfərdən əvvəl diqqətlə nəzərdən keçirilməsi tövsiyyə olunur. 

Qeyd edilən uçuşlarla bağlı ətraflı məlumatı THY-nın www.turkishairlines.com internet ünvanı və +994124048849, +902124440849 nömrələri, AZAL-ın www.azal.az internet ünvanı və +994125988880 nömrələri vasitəsilə əldə edə bilərsiniz".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər