"Prezident Ermənistanın məkrli siyasətini ifşa etdi"

20:43 02-07-2020 | icon 628 | Geopolitika
"Prezident Ermənistanın məkrli siyasətini ifşa etdi"

Nüşabə Məmmədova: “Mövcud olmaq maraqlarını qrantlar hesabına deyil, regional layihələrə qoşulmaqla həyata keçirməlidirlər

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji diplomatiya siyasəti nəticəsində Ermənistanla bağlı bütün gizli oyunlar önə gətirilərək dünya ictimaiyyəti qarşsında ifşa olundu”.

 

Bunu Versus.az-a Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, politoloq Nüşabə Məmmədova bildirib.

 

N.Məmmədova Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirlərdə separatçı Ermənistanın Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi prosesindən yayındığını və işğalçılıq siyasətindən əl çəkmədiyini dünya ictimaiyyəti qarşısında faş ediyini faktlarla önə çəkib:

 

Ermənistan beynəlxalq siyasi sferada işğalçı, terrorçu, Nasist, Neo-Nasist, İrqçi və digər milli ayrıseçkilik siyasəti yürüdən, insan hüquqlarını pozan bir dövlət olaraq tanınır. Uzun illərdən bəri davam edən bu kimi təbliğatlar hazırda Ermənistanın həyat tərzinə çevrilib. Lakin dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın milli ayrıseçkilik siyasətini və bu siyasətin monoetnik erməni dövlətinin əsas strateji xəttinə çevrilməsi faktını heç vaxt nəinki gündəmə gətirməyiblər, əksinə göz yumublar və ya ört-basdır etməyə çalışıblar.

Ötən ay iyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının video konfransında cənab Prezidentin çıxışından, ciddi və qətiyyətli cavablarından  “political knockout” vəziyyətinə düşən Ermənistanın baş naziri Nikol Paşinyan yersiz replikaya sürükləndi. Sammitdə Paşinyanın təxribatçı çıxışı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin mahiyyətinə ciddi təhdid oldu və beləliklə, dünya dövlətləri rəhbərləri qarşısında, beynəlxalq ictimaiyyətin gözü önündə dekonstruktiv mövqeyi ilə özünü rüsvay vəziyyətə qoydu.

Qeyd edək ki, son zamanlarda bu ilk deyildi. Oxşar vəziyyət 2019-cu ilin oktyabrında Aşqabadda keçirilən MDB dövlət başçılarının Zirvə toplantısında, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında da baş verdi”.

 

Politoloq Ermənistanın hazırda tənəzzül dövrünü yaşadığını bildirib:

“Son günlər Ermənistanda baş verən mürəkkəb siyasi proseslər, kütləvi iğtişaşlar COVİD-19 pandemiyası dövründə Ermənistanın ağır vəziyyətini daha da ağırlaşdırmaqdadır. Ağır sosial-iqtisadi vəziyyət şəraitində müxalifət nümayəndələrinin, jurnalistlərin və hakimlərin həbsi, hər hansı bir fərqli fikir bildirən insanların susdurulması və ya şantaj edilməsi, müxalifət nümayəndəsinin həbsxanada ölümü Ermənistanın siyasi mənzərəsini əks etdirir. Güvənli iqtisadi patensialı olmayan, ölkənin saxlanmasında xarici qrantlara arxalanan, soial-iqtisadi, təhsil və digər sahələri xarici donorlar vasitəsilə maliyələşdirən Ermənistan, COVİD-19 pandemiyası dövründə bu imkanlardan yetərincə yararlana bilmir. Yalnız iyunun 30-da Fransa Prezidenti Emmanuel Makron Ermənistanı məhv olmaqdan xilas etmək məqsədilə 80 milyon avro yardım edəcəyini vəd etdi. Bu gün erməni saytları bu xəbəri böyük sevinclə paylaşırdılar. Ermənistanda bu formada ciddi ağır həyat hökm sürür. Dilənçi vəziyyətində olan Ermənistan hakimiyyəti bu reallığı dərk etməlidir və dövlət olaraq mövcud olmaq maraqlarını qrantlar hesabına deyil, regional layihələrə qoşulmaqla həyata keçirməlidir. Bunun yeganə yolu işğal etdiyi əraziləri sülh yolu ilə tərk etməsidir”.

 

N.Məmmədova bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, ölkəmizin beynəlxalq mövqelərinin gündən-günə güclənməsi, nüfuzunun artması əks qüvvələr tərəfindən ciddi narahatlığa səbəb olur:

 

“Uğurlarımıza qara kölgə salmağa çalışan, xarici ermənipərəst qüvvələrin əlində alətə çevrilmiş bir qrup özlərini “müxalifətçi” adlandıran şəxslər bu təbliğatı hətta dövlətçiliyimizə qarşı yönəldirlər. Azərbaycan xalqı bu xəyanəti heç vaxt bağışlamayacaqdır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?