"Xaosa getmək olmaz" - VİDEO

10:09 16-07-2020 | icon 344 | Siyasət
"Xaosa getmək olmaz" - VİDEO

Fuad Əliyev: "Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News TV kanalın “Açıq Söhbət” verlişində diqqəti iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədininin Tovuz rayonu sahəsində atəşkəs rejiminin pozulmasına yönəldib.

 

Versus.Az-ın məlumatına görə, ALDP sədri bildirib ki, “demokrat libasında hakimiyyətə gələn Paşınyan diktatora çevrilib, komandasını və ümumilikdə, hakimiyyəti idarə edə bilmir:

 

"Onun adı müxtəlif korrupsiya işlərində hallanır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxartmağa hesablanıb”.

 

Partiya sədrinin sözlərinə görə, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir:

 

"Ermənistan sülh danışıqlarını illərdi ki, pozur. Son bu iki ay ərzində atəşkəsin pozulması, Paşınyanın qondarma Qarabağ respublikasına inauqurasiya tədbirində iştirak etməsi, bir həftə bundan qabaq Ermənistan prezidentin bir günlik “DQR”-ə getməsi kimi faktları göstərmək olar. Fikir verin, Ermənistanın hətta üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) erməniləri dəstəkləmədi”.

 

İyulun 12-də baş vermiş hadisənin Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandığını qeyd edən Fuad Əliyev vurğulayıb k, sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi:

 

"Küçələrdə orduya dəstək yürüşləri bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Xaosa getmək olmaz. Bu gün Azərbaycan güclü orduya malikdir və torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”.

 

F.Əiyev bildirib ki, məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin pislədi:

 

“Qardaş Türkiyəyə, İranda yaşayan 40 milliyon azərbaycanlılara, Pakistan dövlətinə və əməkdaşlıq etdiyimiz qardaş İraq Türkmənli Partiyasına dəstək verdiklərinə görə təşəkkürümü bildirirəm. Biz tək deyilik. Bu savaşda 200 milyondan artıq qardaş türk xalqları bizə dəstək verir”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?