“Ermənistan həm işğalçı, həm də danışıqlar prosesini pozan tərəfdirsə…”

17:23 23-02-2018 | icon 520 | Siyasət
“Ermənistan həm işğalçı, həm də danışıqlar prosesini pozan tərəfdirsə…”

“Münaqişə tərəfləri münaqişənin həlli üçün hansı şəraiti yaratmalıdır?”

 “ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təəssüf hissi keçirməsində həmsədr dövlət olan Rusiyanın qınanılması dayanır”.

Bunu versus.az-a politoloq Qabil Hüseynli ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Vyanada keçirilən qış sessiyasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin azlığından təəssüf hissi keçirməsi və münaqişə tərəfləri şərait yaradarlarsa münaqişənin nizamlanmasında rol oynaya biləcəkləri ilə bağlı bəyanatı şərh edərkən bildirib.

Politoloq eyni zamanda ATƏT nümayəndəsinin beynəlxalq ictimaiyyəti hərtərəfli həll yolunun tapılması və dayanıqlı sülhün əldə olunması ambisiyasından yayınaraq, sadəcə müharibədən qaçınmaq səyləri ilə bağlı fikirlərinə də birmənalı yanaşmayıb. Bildirib ki, ATƏT PA nümayəndəsinin münaqişə tərəflərindən şərait yaradılmasını istəməsi başadüşülən deyil:

“Tərəflər münaqişənin həlli üçün hansı şəraiti yaratmalıdır? Azərbaycan hər vasitə ilə sülh danışıqlarının konstruktiv məcrada getməsinə çalışır. Bu münaqişədə erməni tərəfi həm işğalçı, həm də danışıqlar prosesini pozan tərəfdir. O zaman nəyə görə işğalçı tərəf hədəfə alınmır?”

Politoloq hesab edir ki, prosesdə  Avropa Birliyinin mövqeyini əsas götürmək lazımdır. Onun fikrincə, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik addımların atılmasından kənar söhbət ola bilməz:

“Son günlər Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müsbət mövqe sərgiləməyə başlayıb. Avropa Birliyinin xarici işlər naziri bəyanat verərək birmənalı qaydada bu qurumun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bu, görünməmiş və böyük əhəmiyyətə malik bir hadisədir. Bundan əvvəl də Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən qərarlar vermişdi. ATƏT də münaqişənin həlli prosesində bu məqama diqqət yetirməlidir”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72