“Müxalifətin əsas namizədi özüməm”

17:18 19-02-2018 | icon 527 | Siyasət
“Müxalifətin əsas namizədi özüməm”

“Müxalifətin bu prezident seçkilərində iştirak etmədiyini deyənlər çox yanılırlar”.

Versus.Az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə müxalifətinin 11 aprel növbədənkənar prezident seçkilərinə qatılmaması haqqında fikirlərə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, bu iddiaları ortaya atanlar təyin olunmuş seçkilərin əhəmiyyətini azaltmağa çalışırlar:

“Müxalifətin bir hissəsini “radikal” adlandırsalar da, mən onları milli satqınlar hesab edirəm. Onların seçkidə iştirak edib-etməmələri heç nəyi dəyişmir. Özlərini yekə-yekə təqdim eləməklə deyil ki? Ona görə də müxalifətin bu prezident seçkilərində iştirak etmədiyini deyənlər çox yanılırlar. Hamı bilir ki, bu seçkilərdə hakimiyyətin namizədi İlham Əliyev, müxalifətin əsas namizədi özüməm. Bundan sonra kimlərin seçkiyə qatılıb-qatılmaması vacib deyil. Bu seçki ikimizin mübarizəsi olacaq”.

Hacıyev əlavə edib ki, seçki kampaniyası zamanı korrupsioner məmurlar yenə də onun hədəfində olacaqlar:

“Heç kəsə güzəşt olmayacaq. Korrupsiyaya, rüşvətə bulaşan, uşaqlarını ordudan yayındırıb xaricə göndərən, beş-altı arvad saxlayan nazirlərin, məmurların ifşasını davam etdirəcəm. Onların kökü kəsilməsə, bu millətə dinclik olmayacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?