ABŞ-ın yeni prezidenti Bayden olarsa...

10:33 12-09-2020 | icon 510 | Dünya
ABŞ-ın yeni prezidenti Bayden olarsa...

Ekspertlərin fikrincə, noyabrın 3-də keçiriləcək prezident seçkilərində Tramp qalib gəlsə, indiki siyasət davam edəcək, Bayden isə Obama dövrünə qayıda bilər.

 

ABŞ-da prezident seçkilərinə az bir vaxt qalıb. Noyabrda keçiriləcək seçkilərdə Respublikaçıların namizədi hazırkı dövlət başçısı Donald Tramp, Demokratlardan isə Co Baydendir. 

 

Ağ Evin indiki rəhbəri pandemiya dövründə seçkilərin ertələnməsini təklif edirdi. Tramp reytinqinin aşağı düşməsini anlayırdı və vaxt udmağa çalışırdı. Amma onun təklifi keçərli olmadı. Odur ki, noyabrın 3-dən sonra Amerikanın yeni prezidentini görəcəyik. 

 

Bu seçkinin nəticələri təkcə amerikalıları deyil, bütün dünyanı maraqlandırır: üç noyabrdan sonra ABŞ-ın xarici siyasət kursu nədən ibarət olacaq, Çin, Rusiya, Avropa ilə münasibətlər necə qurulacaq, Tramp, yoxsa Bayden sərfəlidir?

Türkiyə mediası yazır ki, Bayden qalib gəlsə, ABŞ açıq şəkildə müdaxiləçi, müharibə aparan, işğalçı siyasətinə əl atacaq.

Tramp qalib gəlsə, ABŞ ikinci dövrü ilə güclənəcək və Pentaqon rəhbərliyində olanlar dəyişiləcək. Bayden qalib gəlsə, ABŞ Liviya da daxil olmaqla, bütün Yaxın Şərqdə daha aktiv rol oynayacaq. 

Tramp qalib gəlsə, Orta Şərqdən daha çox Asiyaya yönələcək və Çin ilə sərt mübarizə aparacaq. Əlbəttə, hər iki halda sular durulmayacaq. 

Tramp müharibə aparmaq istəyən güclərə və Pentaqona qarşı olduğu kimi, həm də dərman

şirkətləri ilə ÜST-ə də meydan oxuyur. Belə görünür ki, o, qlobalistlərə qarşıdır. 

Versus.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Trampın öz dəsti-xətti var. Ekpertin “Yeni Müsavat”a bildirdiyinə görə, o, Amerika silahlı qüvvələrinin xaricə çıxmasının tərəfdarı deyil: “Onun mövqeyi belədir ki, ordunun xərcləri azaldılmalı, pula qənaət edilməlidir. Maraqlıdır ki, hər bir Amerika prezidentinin dövründə böyük, ya da lokal müharibələr olub, ordu göndərilib. 

Tramp isə ya ordunu ölkəyə geri çağırır, ya da sayını azaldır. Məsələn, İraqda silahlı qüvvələrini tam azaldıb, Suriya və Əfqanıstanda geri çağırır. Amma bu siyasəti apardıqca birmənalı qarşılanmır, xüsusən də Pentaqon tərəfindən tənqid olunur. 

Çünki Tramp ölkə daxilinə qapandıqca generallar narazılıq edir ki, ABŞ dünyada supergüc olmaq statusunu, nüfuzunu itirir", - deyə politoloq ABŞ-dakı siyasi mənzərəni təsvir edir. 

Analitik hesab edir ki, Bayden qalib gəlsə, Obama siyasətini davam etdirəcək: “Əslində Tramp da hakimiyyətə gələndə bəzi ölkələrə problem yarandı. Əgər Hillari Klinton prezident seçilsəydi, onun siyasətini həyata keçirməzdi. 

Bunlar nədən ibarət idi - İranla nüvə sazişindən çıxdı, Meksika və Kanada ilə müqavilədən ayrıldı. Güman edirəm ki, Bayden seçilsə, bu siyasətə geri dönüş, İranla yumşalmalar ola bilər". 

E.Şahinoğlu qeyd etdi ki, baxmayaraq rəy sorğularında Bayden irəlidə görünürdü, amma son vaxtlarda Tramp vəziyyəti xeyrinə dəyişməyə müvəffəq olub: 

“Ümumiyyətlə, Trampın seçkidə qalib gələcəyini düşünürdüm. Sadəcə,  pandemiya, xəstə və ölü sayının çox olması, işsizliyin artması onun reytinqinə ciddi şəkildə təsir etmişdi. 

Halbuki Tramp yeni iş yerləri açmışdı və pandemiya dövründə bağlandılar. İndisə reytinqini müəyyən qədər geri qaytarmağı bacarıb və seçkidə kimin üstünlük qazanacağını demək çətindir". 

Politoloq Ramiyə Məmmədova Demokrat prezidentlərin dövründə Yaxın Şərqdə müharibələrin daha da alovlandığını hesab edir.

Onun fikrincə, Demokratlar ayrı-ayrı ölkələrin daxili siyasətinə qarışır, avtoritar rejimlərin olduğu dövlətlərdə inqilablar gerçəkləşdirir. 

Siyasi şərhçi bu mənada dünyaya Trampın daha çox sərf etdiyini düşünür: “O, Rusiya, İran, Çinlə iqtisadi cəhətdən mübarizə aparır.

Trampın dövründə sanksiyalar güclənib, amma hərbi müdaxilələr olmayıb. Hətta Venesuelaya ordu yeridəcəyini, Maduronu devirəcəyini bəyan etsə də, biz reallıqda görmədik. 

O baxımdan Tramp qalib gəlsə, ərəb ölkələri ilə İsrailin münasibətlərini daha da yaxınlaşdırmağa çalışacaq, İrana sanksiyaları artıracaq, Çini sıxışdırmağa davam edəcək". 

Azərbaycana gəldikdə, ekspertin fikrincə, Tramp administrasiyası dönəmində Bakı-Vaşinqton əlaqələrində problem yaşanmayıb:

“Amma bu sözləri Obama dövrü üçün söyləmək çətindir. Ona görə Demokratların namizədi Bayden qalib gəlsə, ABŞ-Azərbaycan münasibətlərini indidən proqnozlaşdırmaq çətindir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?