Ölkədə 227 min abonentin su sayğacı yoxdur

10:24 26-09-2020 | icon 605 | İqtisadiyyat
Ölkədə 227 min abonentin su sayğacı yoxdur

Hazırda “Azərsu” ASC-nin 1 milyon 523 min əhali abonentinin 227 mini sayğacla təmin olunmayıb. 

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. 

 

Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planında bu illər ərzində bütün abonentlərin 100 faiz su sayğacları ilə təmin edilməsi tapşırığı verilib: 

 

“Abonent bazasının məlumatlarına əsasən 227 min əhali qrupuna aid abonentə hesabat Tarif Şurasının təsdiqlədiyi normativə uyğun verilir. Bu o deməkdir ki, bu gün Azərbaycanda 227 min abonentin su sayğacı yoxdur. Onların da 113 mini Abşeron yarımadasının, 114 mini isə regionların payına düşür. Əhali abonentlərin sayğaclarla təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir və bununla bağlı hökumətə müraciət edilib. Eyni zamanda bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub. Onların da dəyişdirilməsinə ehtiyac var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?