"Biz son çarə ilə üzbəüz qalmışıq"

23:58 01-10-2020 | icon 1522 | Siyasət
"Biz son çarə ilə üzbəüz qalmışıq"

İqbal Ağazadə: "Bu gün dövlətimiz və ordumuz o missiyanı həyata keçirir"

 
 

"Savaş, müharibə, dava ən son çarədir. Biz son çarə ilə üzbəüz qalmışıq. Başqa yol buraxmayıblar bizə. Nə Ermənistan və havadarları, nə də vasitəçilik missiyasını həyata keçirənlər beynəlxalq hüquqa istinad ediləsi yolları qəbul etmədilər bu 26 ildə".

 
 
Versus.Az xəbər verir ki, bu fikirləri şəxsi "facebook" hesabında Ümid Partiyasının sədri İqbal Ağazadə paylaşıb.
 
 
İqbal bəyin həmin paylaşımını olduğu kimi təqdim edirik:
 
 
"Nə etməli?
 
Əslində cavab tapılıb.
 
 
Hərb yolu ilə işğal olunmuş torpaqları geri almaq və dövlətimizin ərazi bütövlüyünü təmin etmək tək çıxış yoludur. Bu gün dövlətimiz və ordumuz o missiyanı həyata keçirir. Döyüş nə vaxt dayandırıla bilər, danışıq masasına nə vaxt otura bilərik?
 
 
1. Torpaqları işğaldan tam azad etməliyik.
 
Danışıqlar masasına əyləşərək Azərbaycanda yaşamağa razı olan vətəndaşlarımızın hüquqi statusuna aydınlıq gətirməli və Ermənistanla qonşuluq çərçivəsində dinc yanaşı yaşamanın konturlarını müəyyənləşdirməliyik.
Bu hüquqi və ədalətli həll variantıdır.
 
 
2. Dövlət sərhədimizə nəzarəti həyata keçirənədək döyüş davam etməlidir.
 
Cəbrayıl, Qubadlı, Zəngilan - İranla sərhədboyu, Kəlbəcər - Ermənistanla sərhəd boyu, Laçın koridoruna uzaq nəzarət imkanı əldə etməklə...
 
Bu rayonlar işğaldan azad olunduqdan sonra danışıqlarda üstün mövqeyə çıxıb şərtləri dəyişmək imkanı əldə edirik. Artıq bundan sonra heç kim bizimlə 5 rayon və status məsələsində israr edə bilməz. Masaya digər şərtlər sunulacaq.
 
Bu bizim üçün sərfəli variantdır.
 
 
3. Bugünki şərtlərə və basqılara rəğmən Füzuli, Cəbrayıl rayonları bütünlükdə, Ağdərə istiqamətində Tərtəri hədəfə götürən yüksəklikləri və Kəlbəcər istiqamətində strateji mövqeləri azad etməklə (Qarabağı Ermənistanla birləşdirən yolu nəzarətə götürmək şərtilə) qismən üstünlüklə danışıq masasına oturmaq olar.
 
Bu qismən sərfəli variantdır.
 
 

Atəşkəs elanı barədə düşünmək böyük siyasi və mənəvi yanlışlıq olar

 
 
Başqa halda atəşkəsə getmək millətin ruhunu öldürmək, Ermənistanın və havadarlarının danışıqlarda daha üstün mövqeyə çıxarılmasına şərait yaratmaq və itkilərin məsuliyyətini daşımaq deməkdir. 5-7 kənd və bir neçə yüksəklik problemin həllində heç bir əhəmiyyət daşımır.
 
 
P.S. Bu statusu beynəlxalq birliklərin və iri dövlətlərin atəşkəs çağırışına cavab olaraq yazdım.
İnanıram ki, xalqla iqtidarın haqq davasında bu qədər yekdillik nümayiş etdirdiyi vaxtda, insanların Vətənin müdafiəsinə bu qədər hazır olduğu zamanda, hamının şəhidliyi gülə-gülə qarşıladığı, "Vətən, canım sənə fəda!" dediyi dövrdə atəşkəs elanı barədə düşünmək böyük siyasi və mənəvi yanlışlıq olar.
 
 
Yola davam... İşğala son.
 
Hamımız əsgərik..."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?