“France 24” qalmaqal yaratdı - VİDEO

08:07 09-10-2020 | icon 370 | Dünya
“France 24” qalmaqal yaratdı - VİDEO

Ərdoğanın Qarabağ açıqlaması təhrif edildi

 

Fransanın “France 24” telekanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsi və qardaş ölkənin Azərbaycana dəstəyi ilə bağlı fikirlərini təhrif olunmuş şəkildə təqdim etməklə qalmaqala səbəb olub.

 

Bu barədə “Takvim” məlumat yayıb.

 

Telekanalın Türkiyə Prezidentinin çıxışını altyazı ilə təqdim edərkən təhrifə yol verdiyi üzə çıxıb. Türkiyə mətbuatı bunun bilərəkdən edildiyini vurğulayıb.

 

Belə ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib:

“Ermənilərin işğal etdiyi ərazilərdən çıxmaqları lazımdır ki, həllə nail olunsun. Bax, indi nəticə zamanıdır, azərbaycanlı qardaşlarımız da öz işlərini özləri həll etmək üçün addım atıb”.

 

“France 24” isə Türkiyə liderinin sözlərini bu cür təhrif edib:

“Türkiyə bu ədalətsiz, hüquqa zidd və qanlı oyunu pozmaq üçün əlindəki gücü və qüvvəni istifadə etməyə qərarlıdır. Digər dünya güclərinə meydan oxumaq riskini öz üzərimizə götürərək azərbaycanlı qardaşlarımızın yanında dayanırıq”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?