"Azəriqaz" rəhbərliyi Qarabağ qazilərinə QƏNİM KƏSİLİB

20:53 12-09-2023 | icon 785 | Cəmiyyət
"Azəriqaz" rəhbərliyi Qarabağ qazilərinə QƏNİM KƏSİLİB

"Cənab Səttar Mehbalıyev, nə vaxta qədər biganəlik göstərəcəksiz?"

 

"Aldığımız son məlumata gorə “Azəriqaz“ İB-nin rəhbərliyi son 2 ayda iki Qarabağ qazisini əlilliyini səbəb gətirərək işindən azad edib. Nəzərə alsaq ki, bu Qazilərdən biri Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Fazil oğlu Əhmədov və Adil Əhməd oğlu Suleymanov əlilliklərinə baxmayaraq, artıq 20 ildən artıq idi bu müəsisədə işləyirdilər, birdən-birə bu səxslərin məhz əlilliklərini səbəb gətirib işdən azad olunması şübhə yarada bilməzdi".

 

Versus.Az xəbər verir ki, bu fikirlər Müstəqil Həmkarlar Birliyinin bəyanatında bildrilib.

 

"İndi isə ən maraqlısı, hər iki Qazı ayrı-ayrı xidmətlərdə calışsalar da, hər ikisi dəfələrlə işə götürən tərəfindən işçilərin əmək hüquqlarının tapdanması barədə “Dövlət Əmək Müfəttisi Xidmətinə“ və yerli Həmkarlar komitəsinə muraciətdən sonra 2015-ci ildə eyni vaxta ixtisara salınıb. Sonradan məhkəmə qərarı ilə yenidən öz iş yerlərinə qaytarılıblar"- deyə bəyanatda vurğulanıb.

 

Bəyanatda qeyd edilib ki, 2019-ci ildə Rəhmanov Əhməd yenidən “Azəriqaz“ rəhbərliyi tərəfindən əlilliyi səbəb gətirərək tutdugu vəzifədən azad olunaraq başqa bir işə kecirilib:

 

"Bu dəfədə “Azəriqaz“ rəhbərliyi Xətai rayon məhkəməsinin (2(11) -7286/2019 saylı iş) qətnaməsinə görə Rəhmanov Əhməd yenidən öz vəzifəsinə və işlədiyi iş rejiminə qaytarmaq məcburiyyətində olmuşdur. Düzdür,  bu dəfə “Azəriqaz“ 1 il məhkəmə qətnaməsini yerinə yetirməkdən boyun qaçırsa da, 2021-ci ildə Əhməd Rəhmanov öz iş yerinə qayıtmışdır.

Süleymanov Adil də yalnız cəbhədə Daxili İşlər Nazirliyin əməkdaşı kimi yox, eləcə də işlədiyi xidmətdə yoldaşları və rəhbərlik arasında əsl döyüşçi kimi tanınmışdır. Dəfələrlə işçilərin əmək funksiyasına aid olmayan işlərə cəlb olunmasına və iş yerlərində sadə sanitar gigiyenik qaydaların təmin edilməməsi, işçılər üçün ağır və kirli işlərdən sonra nəinki çimmək, heç əl-üzlərini yumaq üçün şəraitin olmasl barədə aidiyyatı orqanlara və eləcə də “Azəriqaz“ İB-nin Həmkarlar Komitəsinə məlumar vermişdir. Bütün müraciətlər nəticəsiz qalmışdır. “Azəriqaz“ Həmkarlar komitəsi hər ay əmək haqqından tutum etdiyi işçi 20 il işlədikdən sonra əlilliyi bəhanə gətirilərək işindən azad olunub.

Gördüyünüz şəkillər isə sizi qorxutmasın, bu hansısa uzaq dağ kəndində imkansız ailənin evi yox, Bakının mərkəzində cəkilib. Bütün dünyada öz səxavəti ilə səs salan ADNŞ-SOCAR-in tabeliyində olan 100 nəfərdən cox insanın işlədiyi “Azəriqaz“a məxsus bir ünvandır. Onu da xatırladaq ki, Baki şəhəri 3-cü Alatava Rasim Səfərov 1 ünvanında olan bu ünvanda “Azəriqaz”ın tabeliyində olan 3 xidmət yerləşib.

 

Biz isə burdan üzümüzü Azərbaycan Hamkarlar İttifaqlar Konfederasiyasının rəhbəri Səttar Mehbalıyeva tuturuq. Cənab Mehbalıyev, nə vaxta qədər zəhmətkeşlərin sosial hüquqlarının müdafiəsinə biganə yanaşacaqsız?

 

Müstəqil Həmkaralar Birliyi olaraq hər iki Qazinin sosial hüquqlarının bərpa edilməsinə çalışacağıq"- deyə bəyanatda bildirilib.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq