Düşmən hücumundan əziyyət çəkənlərə yardım kampaniyasına başlandı

12:38 21-10-2020 | icon 540 | Cəmiyyət
Düşmən hücumundan əziyyət çəkənlərə yardım kampaniyasına başlandı

Döyüş meydanındakı məğlubiyyəti ilə barışa bilməyən, münaqişənin coğrafiyasını genişləndirməyə çalışan mənfur düşmən ölkəmizin müxtəlif rayonlarında mülki əhalinin sıx yaşadığı əraziləri raket və ağır artilleriyadan atəşə tutaraq, mülki əhaliyə qarşı cinayət törətməkdə davam edir.

 

Hücumlar nəticəsində vətəndaşlarımızın evlərinə külli miqdarda ziyan dəyir, darmadağın olur.

 

Hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması üçün vətəndaşlarımıza diqqət ən yüksək səviyyədədir. Bu günlərdə möhkəm birlik nümayiş etdirən xalqımız hücumlardan zərər çəkmiş vətəndaşlarımıza öz dəstəyini göstərmək üçün səylərini davam etdirir.

 

Bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə “#Birlikdəstək” (Birlikdə Dəstək) adlı aksiyaya start verilib. Aksiya çərçivəsində hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilmiş vətəndaşlarımıza yardım göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə, zərər çəkən vətəndaşlarımıza gec xarab olan ərzaq məhsulları, uşaq, qadın və kişilər üçün yararlı geyimlər, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. çatdırılması planlaşdırılır. İanə edilən məhsullar könüllülər tərəfindən ünvanlara çatdırılacaq.

 

Dəstək olmaq istəyən vətəndaşlar, ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilərlər.

 

Link: https://cutt.ly/5glmpop

Qaynar xətt: (070) 2668090

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?