İnternet istifadəçilərinin pullarını ələ keçirmək istəyən MƏNBƏLƏR

11:47 11-11-2020 | icon 621 | İqtisadiyyat
İnternet istifadəçilərinin pullarını ələ keçirmək istəyən MƏNBƏLƏR

“Kaspersky” ilin əvvəlindən Azərbaycanda təxminən 2 845 dələduzluq mənbəyi aşkarlayıb.

 

“Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəliyindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Kaspersky” mütəxəssisləri internetin Azərbaycan seqmentində dələduzlar tərəfindən istifadəçilərin pullarını ələ keçirmək üçün yaradılmış 2 845 mənbə aşkar edib.

 

“Kaspersky” həlləri azərbaycanlı istifadəçilərin bu cür saytlara girmə üçün etdiyi təxminən 84 346 cəhdi bloklayıb.

 

Dələduzluq (scam) istifadəçilərə adətən bir sorğunu tamamladıqları və ya bir aksiyada iştirak etdikləri üçün böyük pul mükafatı vəd edən mesajlardır. Həmin mükafatı əldə etmək üçün kiçik bir “komissiya” ödəmək və ya “fiks ödəmə” etmək lazımdır.

 

Ancaq istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və “komissiya” dələduzların cibinə gedir. Bundan əlavə, kart sahibi, müvafiq məlumatları daxil etdikdə ödəmə məlumatlarının təhlükəsizliyini riskə atır.

 

“Kaspersky” əsas onlayn təhlükəsizlik qaydalarını xatırladır:

- poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə keçid etməyin;

- böyük bir uduş və ya ödəmə barədə məlumatlara şübhə ilə yanaşın;

- “Kaspersky Internet Security” kimi aktual fişinq saytları və spam məlumat bazalarına malik etibarlı bir təhlükəsizlik həllini quraşdırın.

 

Bildirilib ki, məlumatlar 2020-ci ilin ilk on ayında “Kaspersky” həllərinə edilən anonim geridönüş statistikası əsasında əldə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72