15 yaşlı qız adətlərin ucbatından timsaha yem oldu

11:40 14-11-2020 | icon 681 | Maraqlı
15 yaşlı qız adətlərin ucbatından timsaha yem oldu

Hindistanda 15 yaşlı qız timsahın qurbanına çevrilib.

 

“The Indian Express” nəşri xəbər verir ki, faciə Hindistanın qərbində Qücərat ştatında baş verib.

 

Yeniyetmə qız yırtıcının hücumuna yaşadığı kəndin yaxınlığında, çayda çirkli qabları yuduğu zaman məruz qalıb. 

 

Faciənin canlı şahidi olan qızın rəfiqəsi bildirib ki, timsah onun gözləri qarşısında sudan çıxaraq rəfiqəsini tutub və özü ilə birlikdə çayın dərinliklərinə aparıb.

 

Qızın cəsədi bir neçə saat sonra tapılaraq sudan çıxarılıb.

 

Qeyd olunur ki, faciənin baş verdiyi kənddə su xətləri çəkilsə də, yerli sakinlərin adətinə görə evin qab-qacağı məhz timsahlarla dolu olan çayın suyunda yuyulmalıdır.

 

Hadisədən sonra yerli qurumlar yırtıcı heyvanı yaxalamaq üçün çayda xüsusi timsah tələsi qurublar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?