Hamının şəhid bildiyi QAZİ

09:22 08-12-2020 | icon 395 | Şəhidlər və şahidlər
Hamının şəhid bildiyi QAZİ

“Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”

 

“Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini isə özümə saxlamışdım”.

 

Bu sözləri “Qafqazinfo”ya iki gün təmas xəttində yaralı vəziyyətdə qalan qazimiz Samir Səmədzadə deyib.

 

Qax rayonunun Turaclı kəndində anadan olan 21 yaşlı Samir Səmədzadə 29 sentyabrda cəbhəyə yollanıb.

 

Samir elə müharibənin ilk günlərindən silahdaşları ilə birlikdə döyüşə atılıb. O, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb.

 

Samir həmin anı belə xatırlayır:

“Dostum yaralı idi. Onu çıxaranda ayağımdan vuruldum. Onun yarası yüngül idi. Mən isə özümdən getmişdim. Ayıldım ki, çox qan itirmişəm. Ayağımı bağladım, qan bir az azaldı. Hamı elə bildi ki, şəhid olmuşam.

 

Bir qardaşımız da qolundan yaralanmışdı. O, gecə ayılıb məni vurulan düşmən maşınının içinə saldı. Onun da taqəti qalmamışdı. Ayın 8-i səhərə kimi orada qaldım. İstəyirdim su içib, sonra şəhid olum. Ayın 10-u günortadan sonra bizimkilər gəlib şəhidləri götürəndə gördülər ki, sağam”.

 

Qeyd edək ki, qazimiz evlidir və bir qız övladı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq