Cəmil Quliyev koronavirusa yoluxdu
İctimai Televiziyanın sabiq rəhbəri Cəmil Quliyev koronavirusa yoluxub.
Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, hazırda tanınmış rejissorun səhhəti pisdir. O, ürəyindən və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün həyati təhlükə ilə üzləşib.
Bir neçə gündür temperaturunun düşmədiyi bildirilir. Xəstəxanada yer tapa bilməyən C.Quliyev hazırda ev şəraitində müalicəsini davam etdirir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"