“Seçkidə özünü “bazara” çıxaranlar da olacaq”
“Növbədənkənar seçkidə iştirak etmək bizim üçün çətin olacaq”
Bunu Versus.Az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev öz namizədliyi ilə bağlı açıqlamasında bildirib.
BAP sədri, namizəd olaraq seçkiyə qatıla bilməsə də, iştirak edən və etməyənlərin hər birinə hörmətlə yanaşdığını deyib:
“Bizdə bəziləri bolşevik təfəkküründən əl çəkmirlər. Kim fərqli fikir deyirsə onu “xalq düşməni” edirlər. Mən isə təbliğatdan istifadə etmək üçün seçkiyə qatılana və bu yolla təşkilatını gücləndirmək istəyənlərə hörmətlə yanaşıram. Amma seçkiyə müxalifət namizədinin üstünə getmək üçün qatılanlar da var. Bu seçkidə özünü “bazara” çıxarmaq istəyənlər də çoxdur. Bunu qəbul etmirəm. Biz müxalifətin içindəyik bunu yaxşı bilirik”.
Ləman
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...