Azərbaycanlı hakim Moskvadakı turnirə rəhbər təyin olunub - FOTO

13:29 25-12-2020 | icon 314 | İdman
Azərbaycanlı hakim Moskvadakı turnirə rəhbər təyin olunub - FOTO

Azərbaycanlı hakim Asif Şirəliyev Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq turnirə Ümumdünya Güləş Birliyinin nümayəndəsi təyin olunub.

 

Versus.Az xəbər verir ki, bu barədə Şirəliyevin özü məlumat verib:

 

“Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda Azərbaycandan yeganə hakim qismində mən çıxış etmişdim. Bundan sonra 24-27 dekabr tarixlərində Moskvada keçirilən yeniyetmə güləşçilərin turnirinə deleqat kimi gəlmişəm. Yarışın Ümumdünya Güləş Birliyi tərəfindən təyin olunmuş rəhbəri sayılıram, hakimlərin işinə nəzarət edəcəyəm”.

 

Qeyd edək ki, “Kristmas” güləş yarışında pandemiya ilə əlaqədar olaraq cəmi dörd ölkənin güləşçiləri iştirak edir. Bunlar Belarus, Rusiya, Ermənistan və Yunanıstandır. /Oxu.Az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Azərbaycana qarşı psixoloji və diplomatik təzyiqlərə CƏHD

Futbolla bağlı yeni STRATEGİYA

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

 “Milli Şura”nın beynəlxalq təşkilatlara çağırışına CAVAB