Tarkanın bir milyondan imtina etməsinin SƏBƏBİ
Koronavirus epidemiyası dövründə ailəsi ilə birlikdə Almaniyada olan türkiyəli dünyaca məşhur pop ulduz Tarkan Yeni il ərəfəsində rəqəmsal platformada çıxış etmək üçün təklif olunan 1 milyon Türkiyə lirəsindən (224 600 AZN) imtina edib.
“Haber Global” məlumat verir ki, karantin dövründə fərqli markalardan yüksək qiymətləri qəbul etməyən Tarkan Yeni ili həyat yoldaşı Pınar Tevetoğlu və qızı Liya ilə keçirəcək.
O, son altı ildə ilk dəfə yeni ili evində qarşılayacaq.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"