Rusiyada yaşayan azərbaycanlılarla bağlı MÜZAKİRƏ
Bu gün Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyəti və Rusiya Federasiyasının Udmurtiya Respublikası deputatı, Udmurtiya Respublikası Azərbaycanlıları İttifaqının sədri Elgiz Hacıyev arasında görüş keçirilib.
Versus.Az xəbər verir ki, bu barədə MHB-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Görüşdə Rusiyada yaşayan azərbaycanlıların sosial, miqrasiya və digər problemlərlə bağlı məsələlər müzakirə olunub.
İki təşkilat arasında əməkdaşlıq və birgə fəaliyyət istiqmətlərinə dair fikir mübadiləsi aparılıb.
AYSEL
Versus.Az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi