Simsiz qulaqlıqlar nə qədər təhlükəlidir?

09:14 07-01-2021 | icon 277 | Maraqlı
Simsiz qulaqlıqlar nə qədər təhlükəlidir?

Simsiz qulaqlıqlar, digər oxşar cihazlar kimi ionlaşmayan radiasiya yayır. Onların sağlamlığa mənfi təsirlərinin, yaxud da əksinə təhlükəsizliyinin birmənalı sübutu yoxdur.

 

“Praym”ın məlumatına görə, bu barədə “Roskaçestvo” Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanov bildirib.

 

Onun sözlərinə görə, istehlakçılar adətən simsiz qulaqlıqların radiasiyanı mümkün qədər başa yaxın ötürməsindən narahatdırlar.

 

“Burada bunun mobil telefonlardan bir neçə dəfə az olduğunu anlamalısınız. Bu səbəbdən simsiz qulaqlıqlar nəzəri olaraq daha az riskə səbəb olur”, - deyə ekspert izah edib.

 

Onun sözlərinə görə, ABŞ-ın “Consumer Reports” istehlak təşkilatının mütəxəssisləri hətta mobil telefonlardan potensial riskin azaldılmasının yollarından birinin qulaqlıq (hətta simsiz) istifadə etmək olduğunu iddia edirlər.

 

Simsiz cihazların sağlamlığına zərər verə biləcəyindən qorxanlar üçün Kukanov bu tip qulaqlıqlardan istifadə müddətini məhdudlaşdırmağı - gün boyu onlarla gəzməməyi və onlarla yatmamağı tövsiyə edir.

 

“Ayrıca, yüksək səsin, xüsusən də uzun müddət qulaqlıq istifadə edildikdə eşitməyə mənfi təsir göstərdiyini unutmayın. Bu vəziyyətdə eşitmə duyğu hüceyrələri zədələnir, bu da eşitmə itkisinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün belə qulaqlıqlar gündə üç saatdan çox istifadə edilməməlidir (davamlı maxsimum iki saat), həmçinin səs yüksək olmamalıdır”, - deyə Kukanov sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün