"Ermənilərə vəkilliyin sonu fiaskodur"

13:11 06-10-2018 | icon 374 | Siyasət
"Ermənilərə vəkilliyin sonu fiaskodur"

 

"Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin mətbuata müsahibəsində öz ənənəvi qərəzli ampluasından çıxış edərək Azərbaycan rəhbərliyini kompromis istəməməkdə günahlandırıb. Zatulin ilk dəfə deyil ki, Ermənistanın işğalçılıq siyasətini və erməni separatizmini dəstəklədiyini nümayiş etdirir".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri vrğulayıb ki, K.Zatulin hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilib və hər fürsətdə də erməni lobbisti kimi çıxış edib:

 

"Zatulin bu gün də öz həmişəki ampluasındadır və onun bu sonuncu açıqlaması da qızdırmalı adamın sayıqlamasından başqa bir şey deyil.

Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla strateji müttəfiqlik xəttini yürütdüyü bir vaxtda Zatulinin belə məsiliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan açıqlama kimi dəyərləndirilməılidir. Əgər Zatulin özünün həqiqətən də ciddi siyasətçi olduğunu nümayiş etdirmək istəyirsə, o zaman yaxşı olar ki, o, ilk növbədə Rusiyanın həqiqi dostu və müttəfiqinin kim olduğunu ayırd etməyə, başa düşməyə çalışsın və elə etsin ki, onun istər şəxsi mövqeyi, istərsə də deputat kimi verdiyi açıqlamalar rus xalqının və Rusiya dövlətinin maraqları ilə toqquşmasın".

 

Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin başabəla sədr müavini Konstantin Zatulinin söylədiyi "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, bu Azərbaycanın dağılmasına səbəb olar” fikiri də məsuliyyət hissini tamamilə itirmiş dırnaqarası "siyasətçi"nin bizi hədələməsindən başqa bir şey deyil. Zatulin kimi siyasət dəllalları bu cür hiyləgər üsullarla Azərbaycana psixoloji təzyiq göstərməyə çalışırlar. Amma bu beyinsizlər hələ də anlaya bilmirlər ki, Azərbaycanı bu cür məkrli üsullarla öz haqq mövqeyindən çəkindirmək mümkün deyil. Zatulin bilməlidir ki, ermənilərə vəkillik etməyin sonu fiaskodur.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?