“Qarabağ – geri dönən xoşbəxtliyim” Qazaxstanda - VİDEO

17:47 13-01-2021 | icon 456 | Mədəniyyət
“Qarabağ – geri dönən xoşbəxtliyim” Qazaxstanda - VİDEO

Qənirə Paşayeva: "Hiss və duyğularımızı insanlarımıza daha geniş çatdırmaqda bu filmin böyük rol oynayacağına inanırıq"

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qazaxıstanda nümayiş olunan “Qarabağ – geri dönən xoşbəxtliyim” sənədli filminin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib, "bizim hiss və duyğularımızı qardaş Qazaxıstandakı insanlarımıza daha geniş çatdırmaqda bu filmin böyük rol oynayacağına inanırıq" deyib:

 

"Qardaş Qazaxıstandan olan jurnalist dostumuz Almas Altayın 44 günlük Azərbaycan Vətən Müharibəsinə həsr etdiyi film bugünlərdə CBC TV-də yayımlandı. Film qardaş ölkədən olan politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, onların Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında hazırlanıb.

Qardaşımız və Xəzər qonşumuz olan Qazaxıstanlı dostların həm həmkar, həm dost-qardaş olaraq Azərbaycana səfər etmələri xoş idi və şadam ki səfər əsnasında bizimlə də görüş nəzərdə tutulmuşdu. Dostlarımız görüş zamanı bizim fikirlərimizi də almışdı və məmnuniyyətlə bildirmək istərdim ki, filmdə bizim fikirlərə də yer verilib. “Qarabağ – geri dönən xoşbəxtliyim” filmi ilə tanışlıq aydın şəkildə göstərir ki müəllif mövzuya yalnız qardaşlıq duyğuları ilə yanaşmayıb, məhz haqq-ədalət mövqeyindən və peşəkar yanaşma ilə çıxış edib. Bu, qardaş ölkədə, öz mövzusu üzrə, qazax və rus dillərində çəkilən ilk belə əhatəli sənədli film olma özəlliyinə malikdir.

 

Film artıq Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində sənətsevərlərə təqdim olunub. Fürsətdən istifadə edib, qardaş ölkə yeni nəsil aydınlarının ölkəmizə səfərini təşkil etmiş Almatı şəhərindəki Azərbaycan icmasına və Azərbaycanın Qazaxıstandakı səfirliyinə könül dolusu təşəkkür edirəm. Əlbəttə, ekran işinin süjet xəttinin öz ardıcıllığı, dinamikası ilə seçildiyinə, bizim həqiqətlərimiz haqqında geniş ictimaiyyətə dəqiq və dolğun bilgilər çatdırdığına görə, müəllifə, filmdə əziyyəti olan hər kəsə xüsusi minnətdarıq".

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Azərbaycana qarşı psixoloji və diplomatik təzyiqlərə CƏHD

Futbolla bağlı yeni STRATEGİYA

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

 “Milli Şura”nın beynəlxalq təşkilatlara çağırışına CAVAB