Bu telekanal və radiolara “Formula-1” qadağan edildi
Azərbaycan telekanalları və radioları bu il keçiriləcək “Formula-1” üçün media akkreditasiyasından keçə bilməyəcək.
Versus.Az xəbər verir ki, buna səbəb yarışın pandemiya şəraitində keçirilməsidir.
Qeyd edək ki, yalnız media akkreditasiyasından yayım hüququ olan AzTV-yə (“İdman TV”) akkreditasiya veriləcək. Bundan başqa, yerli və xarici yazılı KİV nümayəndələrinin sayında da azalmalar olacaq. Burada əvvəllər “Formula-1” üçün akkreditasiya almış yerli saytlara üstünlük veriləcək.
4-6 iyun tarixlərində keçiriləcək yarış üçün təxminən 50 və ondan bir qədər çox media nümayəndəsi qeydiyyatdan keçə biləcək.
Qeyd edək ki, media akkreditasiya prosesi bugündən başlayıb və martın 20-dək davam edəcək.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi