Qaragöl danışıqlarında şok razılaşma - DETALLAR

09:15 17-05-2021 | icon 919 | Qarabağ
Qaragöl danışıqlarında şok razılaşma - DETALLAR

Erməni silahlıları Qarabağdan çıxır, Qazağın kəndləri və Kərki isə...

 

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

 

Versus.az Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yaydığı məlumata istinadən xəbər verir ki, razılaşmanın ilk bəndləri Azərbaycan üçün kifayət qədər qanedicidir. Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazağın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir. Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir. Lakin bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

 

Paralel olaraq "Sputnik Azərbaycan" bildirir ki, erməni mediasının danışıqlar barədə yazdıqlarının leytmotivi bundan ibarətdir: Sabah Azərbaycan hərbçilərinin 2 km geri çəkilməsi (3,5 km irəlilənmişdi) gözlənilir, Azərbaycan Ordusunun 60 hərbçisinin qalacağı 3 müşahidə postu yaradılacaq. Habelə, Azərbaycan hərbçilərinin mövqeləri erməni yaşayış məntəqələrinin yaxınlığında yerləşməyəcək. Erməni KİV-ləri onu da iddia edir ki, Azərbaycan tərəfi hansısa müəyyən şərtlər irəli sürüb, lakin media hələ bunlardan xəbərsizdir, danışıqlar iki gün ərzində davam edəcək.

 

Sünikin (Zəngəzur) keçmiş icra başçısı, Dirçəliş Vətən Partiyasının lideri Vahe Hakobyan bu razılaşmanı Ermənistan tarixi üçün növbəti biabırçılıq adlandırıb.



Ancaq deyilənlərlə bağlı rəsmi olaraq nə Bakı, nə də İrəvan yuxarıdakıları hələ təsdiqləməyib. Qeyd edək ki, Qaragöl ərazisi ilə bağlı sərhəddə gərginlik yaşanır. Hazırda üçtərəfli bəyanata əsasən sərhədlərin delimitasiyası işi gedir. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan onun dövlət sərhəddini pozub. Hətta Fransa prezidenti Emmanuel Makron da ermənilərin mövqeyini müdafiə edib. Rusiya prezidentinə zəng edən Paşinyan isə ondan gözləmədiyi cavabı alıb, hazırda 10 noyabr sənədinə istinadən işlər getdiyini eşidib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq