Ynacaqdoldurma məntəqəsində YANĞIN

11:31 15-07-2021 | icon 490 | Hadisə
Ynacaqdoldurma məntəqəsində YANĞIN

Bakı şəhərinin Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

 

İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində bir dam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 600 kvadratmetr olan və müxtəlif təyinatlı obyektlərin (kafe, avtoyuma və avtomobil təmiri məntəqələri və s.) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib.

 

Yanğın nəticəsində sahəsi 116 kvadratmetr olan tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 90 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan avtomobil təmiri məntəqəsinin (səkkiz boks) lambirindən ibarət tavanı 415 kvadratmetr sahədə əriyib. Bitişik tikililərin qalan hissəsi, təmirə dayanan avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR