Keçmiş məcburi köçkünlər azad olunmuş rayonlarda işlə təmin edildi

14:12 31-08-2021 | icon 488 | Qarabağ
Keçmiş məcburi köçkünlər azad olunmuş rayonlarda işlə təmin edildi

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə “Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və üç yarımstansiya tikilərək istismara verilib.

 

Qurumdan Versus.Az-a verilən məlumata görə, hazırda beş yarımstansiya, bir elektrik stansiyasında tikinti, quraşdırma işləri, o cümlədən yüksək gərginlikli xətlərin çəkilməsi prosesi davam edir.

 

Nəticədə bu günə kimi “Azərenerji” tərəfindən Qarabağ və Şərqi Zəngəzurda istismara verilən enerji obyektlərində 57 nəfər işlə təmin edilib ki, onların əksəriyyəti məhz işğaldan azad edilmiş rayonların sakinlərdir.

 

Belə ki, Laçındakı 8 MVt gücündə “Güləbird” Su Elektrik stansiyasında beş nəfər, Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında doqquz nəfər, 110/35/10 kV-luq “Şuşa” yarımstansiyasında yeddi nəfər, 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında altı nəfər, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasında isə dörd nəfər işlə təmin edilib.

 

Bundan başqa tikintisi yekunlaşmaqda olan 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasında da dörd nəfər işlə təmin edilib ki, onların da hamısı məhz cəbrayıllılardır.

 

Həmçinin Qarabağ Regional Elektrik Şəbəkəsinin yarımstansiya, hava elektrik verilişi xətti xidmətləri də daxil olmaqla ümumilikdə 17 əməkdaşı işlə təmin edilib.

 

Beləliklə, “Azərenerji” obyektlərinin əməkdaşları, ya doğulduqları rayonun, ya da işğaldan azad edilən qonşu rayonlardan məcburi köçkün olmuş şəxslərdir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq