Qənirə Paşayeva Mir Möhsün Nəvvabın evindən danışdı
Erməni vandalizminin dəhşətlərini görüb bu ev, bu mülk
Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş, yaşayıb yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat, musiqişünas, böyük alim və şəxsiyyət Mir Möhsün Nəvvabın evini ziyarət etdik. İşğalçı Ermənistan vandalizminin, barbarlığının dəhşətlərini görüb bu ev, bu mülk…
Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq və ona da əminik ki, Mir Möhsün Nəvvabın evi də çox qısa zamanda təmir-bərpa işləri aparılaraq insanların ziyarətinə açılacaq. Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, Mir Möhsün Nəvvabın irsi və xatirəsi qədim Şuşada ən yüksək səviyyədə yaşamaqda davam edəcək. Amma hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.
#Azərbaycan #Azerbaijan #Qarabağ #Kharabagh #Şuşa #Shusha #AddımAddımŞuşa
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...