“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

12:37 14-09-2021 | icon 513 | Siyasət
“İran müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib”

Asim Mollazadə: “Bu, islam dəyərlərinə ziddir

 

“Mən özüm işağal zamanı Qarabağda olanda hər yerdə İran maşınlarını, İran vətəndaşlarını görürdüm. Bu özlüyündə onu göstərir ki, İran müsəlmanları didərgin etmiş, 10 illərlə müsəlmanı qətlə yetirmiş, məscidləri dağıtmış ermənilərə dəstək verir və bu, islam dəyərlərinə ziddir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə İrandan Ermənistana və Qarabağa separatçılara tırlar vasitəsilə yüklər daşınmasına münasibətdə bildirib.

 

A.Mollazadə hesab edir ki, Azərbaycan İran maşınlarını sərhəddə saxlamaqla yanaşı, bu barədə bütün İslam təşkilatlarına məlumat verməlidir:

 

“Söhbət ondan gedir ki, İran işğalçı rejimi müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib və bu da davam edir. Biz İranın burda erməni terroruna verdiyi dəstəyi beynəlxalq təşkilatlara bildirməliyik. Bu, hərbi münaqişəni yenidən canlandırmağa verilən dəstək kimi dəyərləndirilməlidir”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI