Şuşada qəzaya düşən hərbi qulluqçumuz vəfat etdi


Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib.
Versus.Az xəbər verir ki, bu barədə Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xəbər lenti

QHT-lərdən intihar hallarının artması ilə bağlı BƏYANAT
Aidiyyatı qurumları aktiv olmağa və bu sahədə öz töhfələrini...