Vətən müharibəsi şəhidinin doğum günüdür

13:37 17-09-2021 | icon 620 | Şəhidlər və şahidlər
Vətən müharibəsi şəhidinin doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidinin doğum günündür. 

 

Versus.Az xəbər verir ki, şəhid Elgün Vasif oğlu Quliyev 1992-ci ildə Şamaxı rayonu Göylər kəndində, ziyalı ailəsində anadan olub.

 

E.Quliyev Şəki İslam Kollecini və Sumqayıt Dövlət Universitetini bitirib.

 

Həqiqi hərbi xidmətini Füzulidə başa vuran E.Quliyev 2016-cı ilin aprelində dördgünlük müharibədə, eləcə də ötən il baş verən Tovuz döyüşlərində iştirak edib. 

 

Vətən müharibəsi başladıqdan sonra sentyabrın 28-də könüllü olaraq, ön cəbhəyə getmək üçün müraciət edib. Müraciətinə cavab gəldikdən sonra sentyabrın 29-da cəbhəyə yollanan E.Quliyev Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

 

E. Quliyev Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ